Yeni doğulan körpəmiz necə görünür?

Yeni doğulan körpəmiz necə görünür?
Bir Ana - Bir Bala
10.09.2017 7
Hamilə qadınları ən çox maraqlandıran suallardan biri "yenidoğulan körpəm necə görünəcək?" sualıdır. Bu məqalədə ona cavab tapacaqsınız.

Yeni doğulanın başı böyük, boynu, ayaqları qısa və bədəni böyükdür. Adətən təbii doğulan uşaqlar 12 saata qədər doğuş yollarında qaldığı üçün baş bir qədər deformasiya olunaraq uzanmış, keysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda isə düzgün formada olur.

Körpənin başında yumşaq nahiyələr-əmgəklər olur. Əmgəklər onun doğuş yollarından asan keçməsini təmin edir. Arxada yerləşən kiçik əmgək 4 ay müddətində bağlanacaqdır. Alın sümüyü ilə təpə sümükləri arasında yerləşən böyük əmgək isə 9 ay ilə 1,5 yaş arası bağlanır.

Yenidoğulanlarda cinsi orqan şişmiş olur. Çünki doğuş zamanı o, anadan çoxlu qadın hormonları alır. Üz və gözlər də şişmiş vəziyyətdə ola bilər. Dodaqları çəhrayı, bilək və dabanlar isə göyümtül ola bilər.

Yenidoğulanın dərisi bətndə inkişaf səviyyəsindən asılıdır. Yarımçıq doğulanlarda dəri nazik olub, lanuqo adlanan tüklərlə örtülü ola bilər. Bundan başqa onlarda dəri ağ, yağlı örtüklə örtülə bilər. Bu qat uşağı amnion suyundan mühafizə edir. Normal və gec doğulan uşaqlarda bu qat yalnız dəri qatlanacaqları arasında ola bilər.

Doğuş ləkələri də çox rast gəlinir. Demək olar doğulan uşaqların yarısında üzdə ağ civzəyə bənzər nöqtələr olur. Zamanla keçib gedir.

Körpənin saç rəngi sizin üçün sürpriz ola bilər. Unutmayın ki, valideynlər körpələrinə əcdadlarının genlərini ötürürlər. Sarışın valideynlərin qaraşın övladı dünyaya gələ bilər və əksinə. Ancaq doğularkən olan saç rəngi onun yetkin vaxtının saçını əks etdirmir. Əksər sarışın doğulanlar sonradan qara saçlara sahib olurlar.

Körpənin göz rəngi əksər avropoid irqinə məxsus insanlarda tünd göy və ya ona uyğun tünd yaşıl, boz, mavi olur. Lakin işığın təsiri ilə bu rəng dəyişir və genlərlə müəyyən olunan rəngə çevrilir.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!