Uşağa saymağı necə öyrədək?

Uşağa saymağı necə öyrədək?
Bir Ana - Bir Bala
10.09.2017 21
Gənc anaları daima narahat edən suallardan biri də odur ki, uşağa nə zaman saymağı öyrətmək lazımdır. Burada mütəxəssislər birmənalı cavab verirlər ki, əvvəlcə uşaq danışmağı öyrənməlidir.

Uşağın inkişaf mərhələlərini qabaqlamaq mümkün deyil. İlk öncə nitq formalaşmalıdır, sonra isə artıq sadə riyazi biliklər öyrətmək olar.

Saymağı öyrətmək üçün ideal yaş 3 yaşdır. Ancaq bu o demək deyil ki, üç yaşa qədər heçnə öyrədilməməlidir. Hər şey təbii şəkildə və uşaq buna hazır olduqda baş verməlidir.

Uşağa saymağı gündəlik həyatında öyrətmək daha asandı. Məsələn, həyətdə ağacları, quşları, maşınları saymaqla, süfrəyə əyləşdikdə çəngəl, qaşıqları saymaqla öyrətməyə başlamaq olar.

Bundan başqa bəzi hərəkətlər zamanı qeyri-ixtiyari olaraq rəqəmlərin səslənməsini yadda saxlayır. Məsələn, şalvarımızı geyinirik, sağ ayağı 1, sol ayağı 2, köynəyi geyinirik sağ əl 3, sol əl 4 sayı ilə ifadə olunması çox effektlidir.

Məktəbəqədər uşaqların həyatının əsas hissəsini oyunlar təşkil edir. Müxtəlif istehsalçılar uşaq inkişafını dəstəkləyən bir sıra oyuncaq və vəsait istehsal edir. Kublar, uşaq dominosu, həndəsi fiqurlar, oyun zərləri, heyvan , bitki şəkilli say dəstləri və s. sayları öyrənməkdə kömək ola bilər. Siz isə valideyn olaraq unutmayın ki, uşaq üçün əsas oyun oynamaqdır, say isə oyun zamanı sizin təşəbbüsünüzlə öyrədilməlidir.

Bəs məktəbəqədər uşağa neçəyə qədər saymağı öyrətməli?

Burada dəqiq bir söz demək mümkün deyil; uşağın yadında neçəsi qalsa, o qədər də öyrətmək olar.

Ümumilikdə məktəbəqədər proqramda nəzərədə tutulur ki, uşaq 1- 5 rəqəmlərini tanımalı, 1-dən 10-a qədər düzünə və əksinə şifahi saya bilməlidir.

Müasir uşaqlar daha inkişaf etmiş olduqları üçün hətta 1-dən 100-ə qədər də saya bilirlər.

Uşağı hər hansı öhdəliklərlə yükləmək doğru deyil. Qoyun ona neçəyə qədər rahatdır o qədər saysın. Bununla siz onda elmə sevgi də aşılamış olarsınız.



Üviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!