Uşaqları kitab xəstəsi etməyin sirləri

Uşaqları kitab xəstəsi etməyin sirləri
Bir Ana - Bir Bala
10.09.2017 11
Amerika Pediatriya Akademiyasının tövsiyələri

Əksər uşaqlar kitab oxumağa tənbəllik edir, valideynlər də övladlarının kitaba həvəssiz olmasından tez-tez şikayətlənirlər. Lakin bir məqamı unutmayın ki, ona kitab oxumaq vərdişini siz qazandırmalısınız, özü də zaman-zaman…  Övladlarımıza kitab sevgisini aşılamağın bir neçə sirrini Amerika Pediatriya Akademiyasının mütəxəssislərindən öyrənin.



Hər gün bir neçə dəqiqə övladınıza kitab oxuyun – bunu xoş dəqiqələr kimi keçirin;

Oxuma prosesi olduqca şən və əyləncəli olmalıdır. Yorucu və sıxıcı proses, təbii ki, uşaqda kitaba sevgi yarada bilməz;

İmkan verin oxuma saatını və kitabı özü seçsin. Bu gündüz və ya gecə yuxusundan əvvəl ola bilər. Seçdiyi kitab isə sizə maraqsız gəlsə də, hətta dəfələrlə oxuduğunuz olsa da qəbul etməlisiniz;

Kitablardakı şəkil və illüstrasiyalara birlikdə baxıb müzakirə edin. O barədə balacanın fikrini öyrənin. Onun cavabları sizə maraqlı və təəccüblü olacaq;

Uşağınıza cürbəcür kitablar alın: şeirlər, nağıllar, hekayələr və s.;

Kitab alarkən övladınızın həvəsini də unutmayın. Məsələn, heyvansevərdirmi, yoxsa sehrbaz?!

Evinizə yaxın olan kitabxanaya yazılın, ora gedərkən onu da aparın. Kitab dolu rəflər, kitab qoxusu balacaya bu mövzuda faydalı olacaq;

Ona izah edin ki, sağlam olmaq üçün qidalandığımız kimi oxumağımız da şərtdir.



0-6 ay – başlamaq tez deyil, əksinə…

Oxumaq üçün hələ tezdir deyənlərin nəzərinə! Əksinə, siz artıq gecikmisiniz! Çünki kitaba sevginin yaradılmasına hamiləykən başlamalıydınız. Körpə doğulandan sonra mütəmadi olaraq ona kitab oxuyun. Bunu daha çox o tox ikən edin ki, balacanıza xoş gəlsin.



6-12 ay – kitabı hiss etsin

Bu dövrdə körpə kitabın "dadını hiss edəcək”. Belə ki, o, ətrafında gördüyü hər kitabı ağzına aparar və cırdığı kağız parçaları onun üçün təhlükəli ola bilər. Odur ki, balacanı kitab zövqündən məhrum etməmək üçün ona parça və ya cırılmayan materialdan hazırlanmış "yalançı kitablar” alın.



1-2 yaş – vərdiş halına salın

Artıq 1 yaşdan sonra kitaba maraq qidaya, yuyunmaya olan tələbatlar sırasına qoşulacaq. Qoy oyuncağı kitab olsun, evin hər küncündə kitab görsün və onları əzsin-cırsın, yetər ki, kitabla oynasın. Hətta belə olduqda o, kitabı götürüb sizə tərəf yüyürəcək ki, "aç, oxu mənim üçün”.  Çalışın balacanızla birgə kitablarla çox vaxt keçirəsiniz.



2-3 yaş – oxumaq, oxumaq, yenə də oxumaq!


Yuxarıdakı mərhələləri ardıcıl gəlsəniz, 2 yaşdan sonra, necə deyərlər, kitaba sevgi körpənizin ruhuna hopacaq. Digərlərindən fərqli olaraq onu hər zaman kitabla oynayan, kitab-jurnal "eşən” görəcəksiniz. Bu, çox sağlam haldır, narahat olmağa dəyməz. Ən gözəl vərdiş yuxudan öncə körpəyə kitab oxumaqdır. Ümumiyyətlə, kitaba sevgi və kitab oxumaq yeganə vərdişdir ki, onu tərgitmək belə istəməyəcəksiniz.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!