Konstruktor uşaqlara nə verir?

Konstruktor uşaqlara nə verir?
Bir Ana - Bir Bala
10.09.2017 7
Uşaq konstruktorları  uşaqda kiçik motorikanı, məkan təsəvvürünü inkişaf etdirir, məntiqi və bədii düşüncəni stimullaşdırılır, yaddaşı və diqqəti məşq etdirir. O, səbrə və səliqəyə alışır, hərəkət koordinasiyası yaxşılaşır və dünyagörüşü genişlənir.



Konstruktorlarla oyunda ölçü, forma, rəng kimi əhəmiyyətli anlayışları öyrənmək daha asandır.  Hansı oyuncaq bu cür üstünlüklərə sahibdir? Heç bir konstruktor cinsə görə təyin olunmur.  Qızlar da eyni maraqla oğlanlar kimi bu oyuna cəlb oluna bilərlər.



Əlbəttə, seçim vaxtı uşağın yaşına diqqət yetirmək lazımdır. Daha kiçik yaşlı uşaqlar üçün sadə piramida və ya kub dəstləri uyğundur. Həm yığmaq asandır, həm də iri hissələri uşağın udması problemi yaşanmayacaq.



Unutmayın, konstruktorlar uşaqların fantaziyasını inkişaf etdirməklə yanaşı, həm də kiçik motorikaya müsbət təsir edir. Nəticədə isə uşağın  nitqi daha yaxşı inkişaf edir.



Daha böyük yaşlı uşaqlar üçün daha maraqlı konstruktor-modellər seçin. Qızlar üçün – saraylar, gəlincik evlər, mağazalar, balaca oğlanlar üçün gəmilər, təyyarələr, avtomobillər əla seçimdir. Bu cür konstruktorlar nəqliyyatın növlərini, funksiyanı öyrənməyə kömək edirlər. Yaxşı olar ki, proses vaxtı valideyn uşağa istiqamət versin. Bu birgə vaxt keçirmək üçün daha səmərəli variant olar.



Uşağa konstruktor seçərkən unutmayın ki, o övladınız üçün təhlükəsiz olmalıdır. Uşağın yaşına və maraqlarına uyğun olmalıdır. Onda konstruktorlarla oyunlar uşaq üçün sevimli və çox əyləncəli oyun ola bilər.



Ən əsası hazırladığı konstruktoru qutuda və bağlı bir yerdə saxlamayın.Onun əl işini həmişə görünən yerdə qoyun ki, həm özü görüb həvəslənsin, həm də gələn qonaqlara öz məharətini nümüayiş etdirə bilsin. Bu onun özünə inamını artıracaq.



Səma Abiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!