Uşaqlar üçün inkişafetdirici oyuncaqlar hazırlayırıq

Uşaqlar üçün inkişafetdirici oyuncaqlar hazırlayırıq
Bir Ana - Bir Bala
10.09.2017 75
İstəsək belə, dünyadakı bütün oyuncaqlari  ala bilmərik. Amma bir sıra oyuncaqları öz əlimizlə düzəldə bilərik. Bu iş ilk baxışdan çətin görünsə də, əslində elə deyildir. Əl altında olan, bəzən bizə gərəksiz görünən, hətta atmaq istədiyiniz, gərəksiz saydığınız məişət əşyaları belə bu işdə köməyinizə çata bilər.

Hansı oyuncaqları düzəldə bilərik?





Gildən muncuq...


Gildən eyni boyda hamar kürəciklər düzəldərək ortasını diş çöpü ilə deşirik və bir neçə günlüyünə qurması üçün bir kənara qoyuruq. Muncuqlar quruduqdan sonra onları  PVA yapışqanıyla örtmək və ya ağ yapışqanla  əhatələmək  lazımdır. Yapışqanın quruduğuna əmin olduqdan sonra isə muncuqları sulu boya və ya akvarellə rəngləyirik, daha sonra üzərini laklayırıq. Hazırladığımız muncuqları sapa düzmək üçün ilk növbədə uşağa iynə saplamağı öyrədirik ki, bu da uşaqda diqqətcilliyi artırır.





Sensor (toxunuşlu) torbalar...


İki  eyni  ölçüdə olan rezinli torba tikin. Hər torbaya eyni predmetləri, yəni cüt əşyaları qoyun. Məsələn, rezin oyuncaqlar, pozanlar, maşın təkərləri, maqnitlər, kublar, daşlar, düymələr, palıd qozaları. Ana öz torbasından müəyyən bir predmeti çıxardır, onun xüsusiyyətlərini sadalayır və sonra körpədən eyni predmeti öz torbasından tapmağı tapşırır. Uşaq eyni əşyani tapmaqda çətinlik çəkərsə, bu işi asandlaşdıraraq adi əşyaları iri oyuncaqlarla əvəz edərək oyunu onun özünün davam etdirməsini tapşırmaq olar. Bu uşaqda maraq yaratmaqla yanaşı onda oyuna həvəsi artırır.





Yumşaq kitabça...


Vərəqlər düzəltmək üçün eyni ölçülü parçalardan kvadratlar biçirik və kəsirik. Kvadratları öz təxəyyülünüzə arxalanaraq istədiyiniz  applikasiyalarla, maraqlı və müxtəlif fiqurlarla bəzəyirik. Yumşaqlıq və qalınlıq üçün səhifələrin arasına sintepondan qat, vərəq əlavə edin. Hər səhifəni cibcikli, zamoklu və qaytanların köməyi ilə bağlanan etmək olar.





Əlavə vərəqli  qutu  və ya oyuncaq-içliklər...


Adi karton qutunu götürün və onda müxtəlif ( böyük və kiçik dairələr üçün) deşiklər açın. Belə oyuncaqlar uşağın xırda motoriki inkişafı üçün çox səmərəli vasitədir. Bundan başqa "böyük - kiçik"  anlayışlarıının formalaşması üçün faydaı ləvazimatdır. Bu oyuncaq uşağın əllərini inkişaf etdirməklə bir növ motorik inkişafına təkan olacaqdır.





İnkişaf etdirici xalça.

Sintepon parçadan bir hissə  götürün. O parçanı iki eyni ölçüdə olan digər parçanın üzərinə qoyaraq tikin ki, parça qalın olub xalçanı xatırlatsın. Bu xalça üzərində arzu etdiyimiz hər hansı cizgi filmini və ya hadisəni digər rəngli parça və məmulatlarla işləyə bilərik. Bu yaradıcılıq işinin meydana gəlməsində  sizə müxtəlif çiçəklər, muncuqlar, düymələr və sairə kimi nəsnələr kömək ola bilər. Bu xalçayla oynamaq övladınızda yaradıcılıq və fantaziyani gücləndirməyə yardımçı olacaqdır.



Günel Şəfiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!