Övladlarınızı vurmadan da intizam öyrədə bilərsiniz

Övladlarınızı vurmadan da intizam öyrədə bilərsiniz
Bir Ana - Bir Bala
10.09.2017 48
Uşaqları vuraraq intizam öyrətmək təəssüf ki, günümüzdə də cəmiyyətdə
qəbul olunan bir tərbiyə metodu hesab olunmaqdadır. Hətta, bəzi
valideynlər uşağı vurmadan onu tərbiyələndirməyi təsəvvür belə edə
bilmir.
Apardığımız araşdırma zamanı
uşaqları vuraraq intizam öyrətməyin mümkünsüz olduğu nəticəsinə vardıq.
Onların özlərini pis hiss etməsi daha tərbiyəli olmaları üçün
motivasiyaedici deyil. Fiziki şiddət tətbiq etmək onların öyrənməsini,
sosial və məsuliyyət sahibi insan olmasını əngəlləyə də bilər. Uşaqların
tərbiyəsi zamanı fiziki şiddətə yox, alternativ variantlara əl atmaq
lazımdır. Fərqli mənalar ifadə etsələr də, uşaq tərbiyəsi zamanı intizam
və cəzalandırma çoxları tərəfindən qarışdırılır. Cəza bir şəxsin səhv
hərəkəti nəticəsində ona tətbiq edilən sərt və islahedici müdaxilə
olaraq ifadə olunur. İntizama gətirmək isə öyrətmək anlamına gəlir. Bu
halda uşaqlarınızı vuraraq sadəcə şiddət, qorxu və onları vuranlara
qarşı güvənin itməsi kimi şeyləri öyrətmiş oluruq. Bir çox ailə
hörmətcil, məsuliyyət sahibi olma kimi xüsusiyyətləri övladlarına sevgi
ilə öyrətməyə çalışır. Hamımız uşaqların gördüklərini təqlid etmə yolu
ilə öyrənmələrinin daha asan baş verdiyini bilirik. Vurmaq isə yaxşı bir
davranış olmadığına görə, onu vuraraq necə yaxşı bir insan olmasını
gözləyə bilərik ki?

Vurmaq cəzadır, intizama salmaq
deyil! Cəzalandırmaq isə pis davranışlar yerinə, nə etməli olduqları ilə
bağlı uşaqları bilgiləndirmir. Cəza uşaqlara öz etdiyi səhvdən daha
çox, onlara qarşı edilən şiddəti düşündürür. Əgər bir uşağı pis
davranışları təkrarlamaqdan uzaqlaşdıran tək şey cəza olarsa, onda bu
uşaqlar böyüdüklərində və onları cəzalandıracaq heç kəs olmadıqda
onlardan özlərini düzgün idarə etməyi gözləmək düzgün olmaz. Pis bir
hərəkət etdikdə uşaqları vurmağınız onları bu şeyi etməkdən daşındırmaz,
onlara daha gizli olmağı, yalan və başqa metodlarla etdiklərini
gizlətməyi öyrədər.

Uşaqlara fiziki şiddət göstərmək
təkcə onların bədənlərinə deyil, onların ürəklərinə və ağıllarına da
zərər verir. Şiddət onlara etdikləri şeylərin pis olduğu yox, onların
özlərinin pis olduğu mesajını verir. Aparılan araşdırmalara görə şiddət
görmüş uşaqların özlərinə güvənləri digərlərinə nəzərən daha azdır.
Hətta İngiltərəli alimlərin araşdırmalarına görə, şiddətin uşaqlar
üzərində öyrənmə qabiliyyətini azaldıcı və nəticədə İQ səviyyəsini
düşürücü təsirlər göstərmə kimi nəticələri ola bilər. Şiddətə məruz
qalmaq insanlarda qaçma və savaşma mexanizmalarını tətikləyir. Bizə
vurulduğu zaman məntiqli düşünmə qabiliyyətimiz zəifləyir. Düşünə
bildiyimiz tək şey bizə vurana hücum etmək və ya qaçıb özümüzü xilas
etmək olur.

Həmçinin,
araşdırmalara görə uşaqlara şiddət göstərən insanların özlərinin də
uşaqlıqda şiddətə məruz qaldıqları və ya şiddətə şahid olduqları məlum
olmuşdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!