Ailədə bacı və qardaş qısqanclığı

Ailədə bacı və qardaş qısqanclığı
Bir Ana - Bir Bala
10.09.2017 16
Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır.

Uşaqların
həyatında öz kiçik qardaş və ya bacılarını qısqanma, onlara qarşı kobud
davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox
diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu
kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.



Bu
qısqanclıq növündə, uşaq ümumiyyətlə təcavüzkar şəkildə davranır.
Özündən kiçik bacı və ya qardaşına vurma, dişləmə, oyuncaqlarını
gizlətmə və ya sındırma sıx rast gəlinən davranışlardır. Bu növ
qısqanclığın nəticəsi olaraq böyük uşaqda görülə biləcək iməkləmə, körpə
kimi danışma, əmziklə bəslənməyə qayıtma, altını islatma, dırnaq yemə,
barmaq əmmə və s. kimi körpələşmə və geriləmə əlamətləri yaranır.

Bu
səbəblə ana və atanın körpə dünyaya gəlmədən, uşaqlarını bu mövzuda
hazırlamaları, doğum sonrası körpəni (bəslənmə, təmizlik, geyim kimi)
idarəli bir şəkildə böyük uşağa tapşırmaları ən uyğun həll yoludur.
Bununla birlikdə yeni körpənin hamiləlik zamanında uşağa yeni bir qız ya
da oğlan olacağını və onunla oynaya biləcəyini söyləmək hər vaxt
qısqanclığı aradan qaldırmaz, lakin qısqanclıq duyğusunu artıra bilər.
Nəzərə almaq lazımdır ki, kiçik bir uşaq, bu hadisənin həyatına
gətirəcəyi dəyişiklikləri qəbul edəcək qədər yetkinləşmiş və təcrübəli
deyildir.

Qardaş-bacı qısqanclığını necə aydınlaşdırmaq olar?

Əvvəlcə
bu duyğunun haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Siz
ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını
paylaşmasını gözləyirsiniz. Qarşılığında daha yorğun bir ana, daha az
əlaqədar bir ata təqdim edirsiniz. Eyni şərtlər sizə də təqdim olunsa
idi, siz də bu dəyişiklikdən narahat olardınız. Üstəlik uşaqlarımız
duyğularını bizim qədər müvəffəqiyyətli bir şəkildə tanımır və ifadə edə
bilmirlər. Onların nə hiss etdiklərini təyin edin və haqq verdiyinizi
göstərin. Onunla daha çox ünsiyyət qurun və ünsiyyətinizdə daha çox bu
kimi sözlərdən istifadə edin:

"Bilirəm, şirinim, səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir”.

"Balaca
qardaşın (bacın) nə qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə
oyun da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının)
böyüdüyünü görəcəksən və o səninlə çoxlu oyunlar oynayacaqlar".

Bəzən
böyük uşaq körpə çox ağlayanda sizin ona əsəbləşdiyinizin,
hirsləndiyinizin şahidi olur. Bunun üçün də açıqlama verməlisiz ki, bu
normal bir haldır amma balacanın nə qədər möhtac və çarəsiz olduğunu
görüncə hirsinizin keçdiyini bilmək uşağınızın duyğularıyla necə idarə
edəcəyi istiqamətində köməkçi olacaq. Ayrıca bənzər duyğuları sizin də
hiss etdiyinizi bilmək uşağınızın günahkarlıq duyğularını azaldacaq.



Qələndərova Könül

PCC-nin uşaq psixoloquскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!