Uşaqları ekrandan uzaq tutun

Uşaqları ekrandan uzaq tutun
Bir Ana - Bir Bala
10.09.2017 8
Bəzən
valideynlərlər ağlayan, qışqıran, ərköyünlük edən uşaqlara sakitləşməsi
üçün saatlarla ekran qarşısında əyləşməyə icazə verir. Bu uşaqlarda
inkişafda geri qalma, nitq qüsurları və yoldaşları ilə ünsiyyət
problemlərinə gətirib, çıxarır. Hər bir övladının gələcəyini düşünən
valideyin bu məsələyə ciddi yanaşmalıdır.



Psixoloqlar
vaxtının çox hissəsini ekran qarşısında keçirən, uşaqların əsəbi
olduğunu, özlərini ətraf mühitdən təcrid edilmiş kimi hiss etdiklərini
söyləyirlər. Onlar istənilən hadisə ilə bağlı sərbəst fikir yürütməkdə,
valideynləri, yoldaşları münasibət qurmaqda çətinlik çəkirlər. 

Uşaqları
uzun müddət televiziya izləmək və kompyuter oyunları əvəzinə, oyun
oynamağa təşviq etməklə daha sağlam nəticə əldə etmək olar.



Qadınlar.biz  sizlərə uşaqlarınızın düzgün inkişafı və sağlamlığı üçün bunlara əməl etməyinizi tövsiyyə edir.



Uşaqlarınıza
daha kiçik yaşlardan rəsm çəkməyi öyrədin. Bunun uşaqların inkişafında
rolu danılmazdır. Uşaqların çəkdiyi cızma-qaralar onların
psixologiyasından, nə düşündüyündən xəbər verir.



Uşaqlara
ictimai, romantik, zehni və fiziki bacarıqlarını inkişaf etdirmək üçün
oyun oynamaq vacib şərtlərdən biridir. Oyun uşaqların öz bacarıqlarını
test etmələri üçün uyğun bir mühit təqdim edər. Uşaqlara digər
insanlarla necə ünsiyyət quracaqlarını öyrədər və onların problemlərini
həll etməyə və daxili qarşıdurmalarını təhlil etməyə köməkçi olar.



Oyunlar
sayəsində uşaq, digər insanlarla yaşamağı və yaradıcı düşünməyi
öyrənər. Edilən araşdırmalarda atasıyla oyun oynayan uşaqların, atası
oyun oynamayan uşaqlara nisbətlə daha geniş bir təxəyyülə sahib olduğu
göstərilir. 



Anasıyla
oyun oynayan uşaqların, oynamayanlara nisbətən daha möhkəm, etibarlı
bir münasibət qurduğu və bunun onun inkişafına daha müsbət təsir
göstərdiyi məlum olub.



Daha
kiçik yaşlı uşaqlarda oyuncaqların rəng seçimi mox vacibdir. Açıq
rəngli oyuncaqlardan istifadə edilməməsi məsləhətdir. 1-1,5 yaş
dönəmlərində uşaqlar hər şeyi ağızları ilə hiss etdiyi üçün rezin
oyucaqlardan stifadə edilsə, yaxşı olar. Səsli oyuncaqlar da bu dönəm
uşaqlar üçün uyğun görülür. Uşaqların yatağının üstündə çox zaman səsli
oyuncaqlar olur. Bu oyuncaqlar xüsusilə 4 rəngdən ibarət olmalıdır.
Qırmızı, sarı, mavi, yaşıl rənglərin ahəngi olmalıdır. Çünki uşaqlar 3
yaşına qədər bu rəngləri tanıyırlar və reaksiya göstərirlər. 



Uşaqlar
5 yaşına qədər oyuncaqlara inanır. Əşyanın arxasında duran insanı
görmür. Uşaqların problemləri üzərində nümunəvi terapiyalar aparmaq
olur. Yalan danışması, dəcəlliyi, ana-atasını həddindən çox sevməsi,
anasına düşkün olması ilə bağlı oyuncaqlarla maraqlı səhnəciklər
hazırlanmalıdır. Bunlar da uşaqlarda oyun fəaliyyətinə yaxşı təsir
göstərir.



Oyuncaq
alarkən, naməlum obrazda olan oyuncaqlardan uzaq durmaq lazımdır. Çünki
uşaqlarda təxəyyül yüksək olduğu üçün oyuncaqda gördüyünü tətbiq etməyə
başlayır. Silah tipli oyuncaqlardan istifadə zamanı isə öldürmək,
vurmaq deyil, doğru yöndə silahın məqsədi aşılanmalıdır.



Cizgi
filmi seçiminin də düzgün aparılması çox vacib şeylərdən biridir.
Uşaqların izlədikləri cizgi filmləri də onların oyuncaq seçimində böyük
rol oynayır. Çünki uşaq izlədiyi cizgi filminin qəhrəmanının
oyuncaqlarına üstünlük verir. 



Ucuz,
kimyəvi maddələrdən hazırlanmış oyuncaqlarla təmasda olan uşaqlarda
tədricən zəhərlənmə baş verir. Normal oyuncaqlar aldıqda belə, onları
uşağa təqdim edərkən valideyn onun işləmə mexanizmini, onunla necə
rəftar etməyi də öyrətməlidir. Oyuncaqlar uşaqların psixi və fiziki
inkişafı üçün cox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsi ilə ətraf aləmi,
insanlarla münasibəti və həmçinin özünü dərk edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!