Uşaqları ağlatmadan peyvənd və analizləri necə etməli?

Uşaqları ağlatmadan peyvənd və analizləri necə etməli?
Bir Ana - Bir Bala
10.09.2017 9
Hər bir uşaq iki ayından etibarən peyvənd almalıdır. Buraya iynə
peyvəndləri də daxildir. Övladınızın peyvənd zamanı ağlamaması üçün
kiçik hiyləgərliyə ehtiyac var. İlk növbədə övladınızla evdə peyvənd
haqqında söhbət edin. Ona bunun nə qədər faydalı olduğunu, onunsayəsində
heç vaxt xəstələnməyəcəyini, çox güclü olacağına inandırın. Bunun üçün
oyunlara belə müraciət edə bilərsiniz.  Ona iynəsi olmayan şpris verin
və oyuncaqlarına peyvənd vurmasını istəyin. Sonra onların necə sağlam
olduğunu söyləyin. Bu onun üçün ilkin hazırlıq olacaq.  

Növbəti
hiylələr poliklinikada olarkən köməyimizə çatacaq. Tibb bacısı iynəni
hazırlayana qədər ona bu iynənin onu ağcaqanad sancması kimi
olacağına,tez də keçəcəyinə inandırın. İynə vurulduğu anda isə onun
başını nə ilə qatmağa çalışın. Əksərəə uşaq poliklinikalarında divarda
müxtəlif şəkillər asılmış olur. Onun diqqətini şəkillə yayındırın. O
cümlədən , hər hansı oyuncaq və ya pəncərədən bayıra baxmaqla da fikrini
yayındırmaq mümkündür. 

Uşağın ağlaması əsla onunnpeyvənd almasına maneə olmamalıdır. Unutmayın
ki, peyvənd övladınızı bir çox ağır fəsadlı xəstəliklərdən qoruyur.

 

Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!