Körpə açıq havadan nə qədər və necə gəzdirilməlidir?

Körpə açıq havadan nə qədər və necə gəzdirilməlidir?
Bir Ana - Bir Bala
10.09.2017 8
Gəzintinin ana və körpəyə xeyri.
Analar üçün. Fiziki
aktivlik maddələr mübadiləsini stimulə edir, tonusu qaldırır və
immuniteti möhkəmləndirir. Bundan ələvə gəzinti, mühiti dəyişmək və dörd
divar arasından çıxmaq üçündür.

Körpələr üçün. Daimi
havada gəzinti körpənin orqanizmini möhkəmləndirir, qanı oksigenlə
təmin edir, əsəb sistemini sakitləşdirir, eyni zamanda xəstəliklərin
qarşısını alır. Yadda saxlayın ki, təmiz havada gəzinti infeksion
xəstəliklərdən körpənizi maksimum dərəcədə qoruyacaq və ona digər
uşaqlarla təmasda olmasına imkan yaradacaq.

 

Gəlin əvvəldən başlayaq! Gəzintiyə nə vaxtdan başlamaq lazımdır?

İliq havada, körpəylə artıq xəstəxanadan çıxdıqdan dərhal sonra gəzmək
olar. Amma yaxşı olar ki, səhəri gün sizi ziyarət edəcək tibb bacisinin
fikrini və icazəsini də alasınız.

Soyuq havada,  ilk gəzintini
xəstəxanadan çıxdıqdan bir neçə gün sonra həyata keçirmək olar ki, bu
zaman da havanın temperatur -10 dərəcədən aşağı
olmasın. Əsası odur ki, siz körpənizi diqqətlə izləyəsiniz. Nə zaman
görsəniz ki, o, artıq öz otağına və yatağına alışıb, deməli artıq onun
gəzintiyə çıxmaq vaxtıdır. Əgər siz gəzintidən  ehtiyat edirsinizsə, bu
zaman körpəni eyvana çıxardaraq (şüşəli olmasi məsləhətdir) müşahidə
aparın.

 

Körpə ilə nə qədər gəzmək lazımdır?

Körpənizin havaya çıxarılması və nə
qədər gəzməyi ilə bağlı müəyyən vaxt yoxdur. Çox şey sizin körpənizin
rejimindən, özünü necə hiss etməsindən, hava şəraitindən və sizin
rayounun gəzinti yerlərindən asılıdır. Bununla belə aşağıdakıları nəzərə
almaq lazımdır:

Sizin yenidoğulmuş körpənizlə gəzintiniz qış vaxtı 10 dəqiqəni, isti vaxtlarda isə 20-30 dəqiqəni keçməməlidir.

Hər gün gəzinti vaxtini 5-10 dəqiqə artırın. Gəzinti müddəti 1 saatdan az olmamalıdır.

Siz uzun  müddət əsasən yayda gəzə bilərsiniz. Amma qida vaxtini ötürməyin, əsas da əgər ana südü verirsinizsə.

Əgər siz ekoloji təmiz yerdə və şəhər kənarında yaşayırsınızsa, bacardığınız qədər çox gəzin.

Əgər şəhər mərkəzində yaşayırsınızsa maşın yolundan kənar bir parka gedib 1 saatdan az olmamaq şərti ilə gəzin.

Siz yəqin diqqət etmisiniz ki,
körpəniz uşaq arabasının ritmik hərəkətində daha rahat yuxuya gedir.
Əgər sizə uyğundursa,                                             körpənizin yuxu vaxtını gəzinti vaxtına
sala bilərsiniz. Bununla yanaşı hava şərtlərini nəzərə almaq lazımdır. 
Soyuq havalarda                                      isti geyinin ki, 1-2 saat havada qala
biləsiniz.

Möhkəm küləkli havalarda çalışın hava arabaya çox girməsin. Bunun üçün çexol və ya örtükdən istifadə edin.

Körpəyə günə ərzində 3 dəfə də
gəzə bilərsiniz. Tez-tez gəzəcəyiniz halda hər gəzinti 40 dəq və ya 1
saatdan az çəkməlidir. Əgər siz yeməkdən sonra gün ərzində bir dəfə
havaya çıxırsınızsa, 2,5 saat gəzə bilərsiniz. Yayda istəsəniz bütün gün
gəzin əgər körpənizin yeməyini rahat verə bilir və bezini dəyişə
bilirsinizsə.

 

Xeyirli məsləhətlər

Təmiz havada yatma rejimini xüsusi diqqətlə təşkil etmək lazımdır ki, körpənizin sağlamlığı üçün "qızıl orta”nı tuta biləsiniz.

Diqqətə alın ki, uşaq qalın
geyinsə, belə uzun müddət eyvanda yatmağa qoymaq olmaz. Soyuq eyvanda
havanı dəyişmədən yatmaq uşağın soyuqlama riskini artırır.

Yadda saxlayın gəzinti zamanı
uşağı yatızdırmağın da həddini aşmaq lazım deyil.  Yuxu zaman çox
hərəkət uşaqda buna öyrəncəlik yaradacaq və sonra hər dəfə yatmaq üçün
onu uzun uzun yellətməyiniz tələb edəcək.

 

Körpəni gəzintiyə gedərkən necə geyindirək?

Uşaği gəzintiyə özünüz necə
geyinirsiniz elə geyindirmək lazımdır və üstəgəl bir qat daha. Əsas
diqqəti başa, əllərə və ayaqlara verin. İsti havalarda pambıqdan olan
papaq geyindirin.

Əvvəlcə özünüz sonra isə uşağı geyindirin. Çünki siz geyinənə kimi körpə tərləyər və çölə çıxanda soyuqlaya bilər.

Bəzi analar istəyirlər ki,
körpələri yeməkdən sonra yatsın və geyindirən zaman oyanmasınlar. Amma
bunu həyata keçirmək çox çətindir. Siz evdən çıxana kimi oyandısa,
narahat olmayın. Çox yəqin ki, isti geyimdə uşaq arabasında olandan
sonra o yenidən yuxuya gedəcəkdir.



Gəzinti barəsində daha nə bilmək lazımdır?

Nəzərə
alın ki, aşağı temperaturda rütubətli hava körpəni daha çox üşüdür.
Küləkdə isə hava daha da soyuq olur. Bu amilə əsasən fəsillərarası
diqqət edin.

Yayda isti havada uşağa evdə çox
havasız ola bilər. Ona görə evin, gəzirsinizsə həyətin ən havadar yerini
tapın. Birbaşa günəş şüalarından qaçınmaq şərti ilə belə havalarda
gündəlik yuxunu gəzintidə təşkil etmək daha yaxşıdır. Əgər siz
şəhərdənkənar bağ evindəsinizsə, yatmaq üçün ona ağacaltı kölgəlikdə yer
düzəldə bilərsiniz. Təbii ki, onu həşaratlardan qorumağın yolunu
tapdıqdan sonra.

Əgər sizin eviniz soyuq həyət çox
istdirsə, körpənizi səhər,  birdə axşam 5-6-dan sonra gəzməyə çıxarın.
Öz istəyinə görə yeməyi dayandırdıqdan sonra (yəni artıq siz gündə 3
dəfə yemək normasına keçdikdə) gəzinti saatlarını dəyişməli olacaqsınız.
Gəzməyə hər ikiniz üçün də uyğun bir vaxt seçin. Ancaq həmin müddət
gündə 2 saatdan az olmasın.

Əgər uşaq xəstələnibsə, mütləq
həkimlə məsləhətləşin. Adətən həkimlər əgər körpənizin teperaturası
yoxdursa gəzintiyə icazə verir. Amma yenə də əlavə soyuqlamamağına
diqqət edin.



Yaqut Abiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!