Yeriməyi öyrənirik

Yeriməyi öyrənirik
Bir Ana - Bir Bala
10.09.2017 14
Körpənizin yeriməyini nə qədər çox istəsəz də, onu tələsdirmək lazım
deyil. Uşağın dayaq-hərəkətedici aparatı tədricən formalaşır, buna görə o
qarşıdakı yüklənmələrə hazır olmalıdır. Gərəkdir ki, uşaq iməkləmənin
texnikasını yaxşı öyrənsin. Çünki məhz uşaq vaxtı insanın bütün
dayaq-hərəkətedici funksiyaları formalaşır və təkmilləşir və əzələ
sistemi bərkiyir. Uşaq üçün yerimə böyük əmək və enerji istəyir,  buna
görə də "addımlamağa" çox erkən həvəslənməyin. Uşağın öyrənmək həvəsindən istifadə edirik

Uşada maraq oyadın,
onun bu arzusunu stimullaşdırın. Bunu etmək elə də çətin deyil, axı
körpələr hər şeylə çox maraqlanırlar. Əgər sizin uşağınız iki əli və iki
ayağı üstdə durursa, ondan hündürdə olan nəyəsə marağını oyadın. Körpə
qalxan kimi həmin predmetin yerini dəyişin. Körpədə hədəfə addımlamaq
arzusu yaransın. Ona kömək edin, dayaqlarla addımlaya bilsin. Məsələn,
uşaq  divandan tutunsun, daha sonra stuldan, sonra daha bir stuldan,
kreslodan…  və beləcə tutaraq getsin. Əvvəlcə dayaqların arasındakı
məsafələr minimal olmalıdır, amma zamanla siz  körpəni sərbəst yeriməyə
həvəsləndirərək, predmetlərin arasında məsafəni artıracaqsınız.

Uşaq ilk addımlarını atmağa başlayanda yıxılmağının qarşısını alın, onu sığortalayın.
Bəzən uğursuz nəticədən və ya yıxılmadan sonra uşaqlar yeriməyə
qorxurlar və sonra uzun vaxt yerimənin cəhdlərindən imtina edirlər. Onun
 ən kiçik müvəffəqiyyətlərini tərifləyin, yerimək arzusunu gücləndirin.

Yamsılama

Uşaqlar yamsılamağı və davranışı
təkaralamağı çox sevirlər. Buna görə  çox  uşaqlı parkda gəzin. Uşağa
başqa uşaqların hərəkətlərini şərh edin – "Oğlan qaçır", "Qız gedir".



Ehtiyatı əldən vermirik.

Evinizə diqqət edin və uşağın gəzməsi üçün təhlükəsiz edin. Bütün sınan predmetləri, döşəmədəki vazları
ortadan götürün, mebelin kəskin kənarlarını təhlükəsizləşdirin, şkaflar
üçün qapılarını blokatorlarından istifadə edərək bağlayın.

"Xadunoklardan"
çox istifadə etməyin. Çünki belə olarsa, uşaq "xadunoka"a vərdiş edir və
özü gəzməyə etiraz edir. Ancaq uşağın əlindən həddindən artıq tutaraq
gəzdirmək lazım deyil. Çünki hər iki halda körpədə qamətin əyri
inkişafı, ayaqlarının altının, baldırların deformasiyası ola bilər. Buna
səbəb isə ağırlıq mərkəzinin yerdəyişməsidir.

Ən yaxşısı uşağın qolunun qabaq
hissəsidən və əllərindən və ya bir əlindən dəstəkləyin, kapüşonundan
tutun.  Əsas odur ki, uşaq kürəyini əyməsin və irəli doğru aşmasın.

Gəzinti zamanı körpəni uşaq arabasında mümkün qədər az saxlayın. Tənbəllik etməyin. Bu
arabanı uşağa dəstək kimi istifadə edə bilərsiz. Yəni uşaq bu arabadan
tutaraq addımlaya bilər. Uşağı  parkda və ya uşaq meydançasında hərəkətə  həvəsləndirin:
yeriməyə, uşaqlarla oyunlara. Döşəmədən asılı olmayaraq bütün uşaqlar
uşaq arabasını diyirlətməyi sevirlər. Uşaq meydançasında digər uşaqların
aktiv hərəkətlərini görən uşaq daha da çox hərəkət etməyə, sürətli
olmağa və qaçmağa həvələnir.

Masaj haqqında da unutmayın. Masaj uşaq
orqanizminin bütün sistemləri üçün çox faydalıdır. Hər gün özünüz
sərbəst şəkildə masajın yüngül seansını həyata keçirə  bilərsiniz və ya
mütəxəssisə müraciət etmək olar.



Yalın ayaqlar. 

Körpəniz  ayaqları üstündə yaxşı durmağı öyrənməyənədək və yeriməyədək, ona ayaqqabını geyindirməyin.
Çünki bu pəncənin əyriliyinə gətirib çıxara bilər. İmkan yaradın ki,
uşaq evdə ayaqyalın gəzsin. Ayaqyalın yerimək tək pəncənin düzgün
formalaşması üçün faydalı deyil, həm də uşağın düzgün inkişafının əsas
elementidir. Axı, pəncələrdə bir çox əsəb sonluqları var və müxtəlif
səthlərin təsiri onları stimullaşdırır. Körpəyə həm də rezin altlıqlı
xüsusi corabları geyindirmək olar ki,  uşaq gələcəkdə yastı ayaq
olmasın.

 

Yıxılmalar.

Uşaq yeriməyə başlayanda yıxılmalar
bu prosesin ayrılmaz hissəsinə çevriləcək. Nə qədər diqqətli olsaz da
və ondan bir addım ayrılmasanız belə yıxılmalar qaçılmazdır. Buna görə
sizin üçün ən vacib olan yıxlmasına düzgün münasibət bəsləməkdir. Əsas
odur ki, siz qorxmayasınız və uşağın hərəkətini  məhdudlaşdırmayasınız.
Uşaqlar ananın qorxusunu çox böyük həssaslıqla hiss edirlər. Və bu onun
sərbəst yerimək arzusuna təsir edə bilər.

Uşaq yıxılan zaman çalışın uşağı çox çəkməyəsiz, dartmayasız. Bu ona ziyanlı ola bilər.



Hərəkət sərbəstliyi

Uşağa yetişkinlərlə müqayisədə
olduqca çox müxtəlif hərəkətlər etməlidir. Elə buna görə də onu hərəkətə
həvəsləndirin. Misal üçün körpə iməkləyir, harasa dırmaşır, maneələrin
öhdəsindən gəlir. Yıxılarkən imkan yaradın uşaq özü qalxsın. Məhz bu cür
olanda o, müxtəlif vəziyyətlərdə ayağa durmağı öyrənəcək.

Uşaqla oynayın.
Onunla birlikdə sürünün, divana dırmaşın, divandan düşün. Nərdivanlar,
təpələr.... Evdə uşaq üçün müxtəlif "maneə zolaqları" təşkil edin.
Balınclar, xalçalar, mütəkkələr, oyuncaq kubları, pufiklər – bütün
bunlardan uşağı  inkişaf etdirən mühitin yaradılması üçün istifadə edilə
bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!