Sünnət nə zaman olunmalıdır?

Sünnət nə zaman olunmalıdır?
Bir Ana - Bir Bala
10.09.2017 12
Bir oğlan uşağının həyatındakı ən əhəmiyyətli anlardan biridir sünnət.
Bəzilərinin çox gözəl keçirdiyi və sünnət toyundan rəngli kadrların
ağlında qaldığı gözəl bir an, bəziləri üçün də zədəyə səbəb olaraq
ömürləri boyunca xatırlamaq istəməyəcəkləri bir ana çevrilir.
 Sünnət artıq xəstəxana mühitində ümumi anestiziya ilə hər yaş
qrupunda edilir. Keçmişdə 2-6 yaş arasında edilməsi uşaqda zədələrə
səbəb ola biləcəyi üçün məsləhət görülmürdü. Xüsusilə yeni doğulan
dövrdə edilən sünnət, uşaqları sidik yolları infeksiyalarından qorumaqla
yanaşı, həm də penis xərçəngi və cinsiyyət ağzı xərçəngi riskini
azaldır.

Həkimlər sünnətin körpənin dünyaya göz açmasından bir həftə sonra
edilməsini məsləhət görürlər. Çünki körpənin ilk 7- 10 günündə onun
qaraciyər və böyrəyi öz funksiyalarını işə salamağa çalışır. Erkən
sünnət  bu dönəmdə travmatik ola bilər. Elə bu səbəbdən də ən azı bir
həftə gözlənilməsi doğru bir seçimdir.

Yenidoğan sünnətində ümumi anesteziya tətbiq olunur. Bir krem
​​köməyi ilə lokal anesteziya təmin edilir. Sünnət dərisi və penise krem
​​sürtülərək təxminən 1 saat gözlənilir. Lazımlı anesteziya təmin
edildikdən sonra sünnət dərisi penisin anatomiyasına uyğun olaraq
cərrahı üsulla alınır. 15-20 dəqiqə davam edən əməliyyatda qanamaya
nəzarət təmin edildikdən sonra, təxminən 7 gündə əriyərək itən estetik
bir tikişlə damarlar tək tək bağlanır. Xalq arasında lazer deyə bilinən
koter nə kəsərkən, nə də qanamaların qarşısı alınarkən qətiyyən istifadə
edilməməlidir.

Son dövrlərdə sünnət dərisinin sıxışdırılaraq açılmasıyla tətbiq
olunan tikişsiz sünnət üsulları da fəsadlar törədə biler. Penis
dərisinin tamamilə alınması kimi problemlər çox göstərişlər vaxtı tətbiq
oluna bilər.  Bu səbəbdən də sünnətin hər yaşda cərrahi və tikişli
olaraq edilməsi ən ideal yoldur.



Yenidoğulan körpənin sünnətinin faydaları

Yenidoğulan körpənin  sünnət dilməsində tibbi cəhətdən bir sıra çox üstünlükləri məlumdur:


• Ən böyük üstünlüyü anesteziya olmasıdır.

• Yenidoğan dövründə yaranın sağalması sürətlidir.

• İnfeksiya riski daha aşağıdır.

• Qanama riski çox daha aşağıdır.

• Ən əhəmiyyətlisi uşaq sünnət dərisindən nə qədər tez xilas olursa,
bir o qədər də sidik yolu infeksiyası riski o qədər azalır.



Tez doğulmuş körpələrdə sünnət edilə bilərmi?

Vaxtindan tez doğulmuş  uşaqlarda sünnət edilməsi üçün mütləq şəkildə
körpənin çəkisi nəzərə alınmalıdır.  Doğum kilosunun 3.000-3.500 qr-a
qədər çatmalıdır. 



Hansı hallarda edilməməlidir?

• Uşağın doğulduğunda əlavə bir xəstəliyi varsa,

• Ümumi sağlamlıq vəziyyəti kafi deyilsə,

• İnfeksiya cədvəli görülürsə,

•  Penis aid anormallıqlar (Peyğəmbər sünnəti  və s. ) varsa,


Sarılıqla əlaqədar göstəriciləri çox yüksəkdirsə və bir müalicəyə
ehtiyac varsa, körpə bu müalicə tamamlanmadan qətiyyən sünnət
edilməməlidir.

 

Sünnət sonra diqqət ediləcək məqamlar

Sünnətdən  sonra xəstə lazımlı
yoxlamlardan keçir və körpə sarğılı şəkidə evinə göndərilir. Ertəsi gün
həkim tərəfindən sarğısı  açılır. Ailəyə gündəlik qulluğun  necə
ediləcəyi barədə izah verilir. Təxminən 5-7 gündə yaxşılaşma olmalıdır.
Yaranın daha tez sağalması üçün otağın tempraturu imkan verirsə, sünnət
yeri açıq saxlanılmalıdır. Ara bir yaranın sağalmasını sürətləndirəcək
çaytikanı yağı yaraya ehmallıca sürtülməlidir. Əslində körpənin
sidiyinin tərkibi sağalma prosessini sürətləndirir.

Bu hallar müşahidə olunursa, həkiminizə müraciət edin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!