Körpəni qaz sancısından necə azad edək?

Körpəni qaz sancısından necə azad edək?
Bir Ana - Bir Bala
10.09.2017 21
Yeni ana və ataların ən çox şikayət etdiyi məsələlərin başında körpənin
qaz problemi durur. Körpələrin bu problemini həll edə bilməmək
valideynləri çox narahat edir.  
Bəzən 3 hefte-4 aylıq körpələrdə
uzun muddətli ağlama krizləri olur. Bunun səbəbini  köpün yaratdığı
sancının olduğunu  düşünürlər. Ancaq bun əsas səbəbi hələ bilinmir.
Körpəni bəsləyərkən düzgün tutmamaq və beləliklə çox hava udmasına səbəb
olmaq, doyduqdan sonra qazının çıxarmamaq, bağırsaq sinirlərinin
yetərincə inkişaf etməməsi, ana atanın naşı olmağı və buna bağlı yaranan
narahatlıq təsir edən  səbəblər hesab olunur. Ümumi fikir bunun keçici
bir hal olduğu yöouml;nündədir.

Ümumiyyətlə qazın olmasını
çoxları ana südündən yarandığını düşünür. Amma körpədə köpün olması ana
südü ilə qidalanmasından və ya sıyıq ilə qidalanmasından asılı deyil.
 Bu keçici bir haldır.  

Ana ata körpənin köpməsinin
qarşısını ala bilərlər ancaq bəzi körpələrdə nə etsəniz də köpmə
olacaqdır. Hansı ki, 3-4 aylığından sonra öz özlüyündən keçəcək. Əsas
odur ki, bunun böyümənin bir dövrü olduğunu biləsiniz və bu halda
təşvişə düşməyəsiniz. Köpün qarşısını almağın yolları.

Əgər ana süd verirsə (əmizdirirsə)
onda köp yaradan qidalardan uzaq durmalıdır. Məsələn soğan, brokoli
(gül kələmi), kələm, portağal, limon, qreyfurt, kofeinli içkilər. Bundan
başqa tərkibində inək südü olan qidaları da (süd, qatıq, pendir və
hətta kərə yağı)  azaltmaq lazımdır.

Əgər ana süd vermir və sıyıq
verirsə, inək südlü sıyıqlar da köp verə bilər. Bu halda uşağınızın
həkimi ilə məsləhətləşib sıyığı başqası ilə əvəz edə  bilərsiniz.

Əgər qidanı əmziklə verirsinizsə,
çox kiçik və ya çox iri deşiyi olan əmziklər körpənin çox hava udmasına
və köpünün yaranmasına səbəb ola bilər.

Süd vermə zamanı, hər 10-15
dəqiqədə bir və ya bir döşdən digərinə keçərkən və mütləq qidalanmada
bitdikdən sonra körpənin qazı çıxarılmalıdır.

Köp sancıları vaxtı ana ata sakit
olub, uşağı qucağında layla deyərək gəzdirməlidir. Ritmik hərəkətlər və
davamlı səslər sakitləşdirici təsir göstərə bilər. Evdə saatlarla
ağlayıb susmayan uşaq həkimə getmək üçün avtomobilə oturan kimi susa
bilər, yəni avtomoblillə gəzmək də yaxşı fikir ola bilər.

Körpənin ayaqlarına və qarnına isti dəsmal və ya dəsmal arasında çox isti olmayan dərəcədə su torbası (qrelka) qoymaq olar.

İlıq vanna, xüsusən də daha çox sancının olduğu axşam saatlarından əvvəl körpəni sakitləşdirə, sancıların qarşısını ala bilər.

Ana südü ilə qidalanan və 6
aylıqdan kiçik körpələrə ana südündən başqa bir şeyin verilməsi tövsiyyə
olunmur. Amma bəzən çobanyastığı, raziyana çayları, cökə dəmləməsi
kömək edə bilər.

Bəzən körpənin qarnının nanə
cövhərlə də massajı qazın qarşısını alır. Amma bu massajdan dərhal sonra
uşağın qarnı isti bağlanmalıdır.

Narahatlıq və ağlama başladığı
zaman həkimə aparıb problemin yalnız köplə əlaqədar olduğunu və başqa
bir problem olmadığından əmin olduqdan sonra yuxarıda sayılan üsullar
 sınana bilər. əgər heç bir şey işə yaramırsa, bunun keçici bir hal
olduğunu, körpənin yaxşı olduğunu düşünərək onu bir az tək qoymaq və ya
başqalarından kömək istəyib, bir az körpənin yanından uzaqlaşmaq ana
atanın edə biləcəyi ən yaxşı şeydir.

Bundan başqa köpə qarşı müxtəlif
dərmanlar var. Ancaq dərman qəbuluna qarşı bir çox mənfi fikirlər var.
Bir qismi ciddi yan təsirlərə səbəb ola bilər. Buna görə dərman
verməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

 

QEYD: Heç bir
halda el arasında yayılmış çöpləmə prossesini həyata keçirməyin. Bu
həkimlər tərəfindən qəti sürətdə qadağan edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!