Südəmər uşaqlarda zökəmin tez müalicəsi

Südəmər uşaqlarda zökəmin tez müalicəsi
Bir Ana - Bir Bala
10.09.2017 19
Zökəm yer kürəsində ən çox yayılmış xəstəlikdir. Elə bir insan yoxdur
ki, ömründə heç olmasa bir dəfə də olsa zökəmə tutulmasın. Bəs onda
uşaqlar haqqında nə demək olar? Təəssüf ki, zökəm uşaqlığın qaçılmaz
xəstəliyidir. Zökəm ilk baxışdan zərərsiz görünsə də onun ciddi
fəsadları ola bilir: sinusit, otit kimi. Buna bakterial infeksiyalar da
qoşula bilər.

Zökəm müalicəyə
ehtiyacı olan xəstəlikdir. Daha yaxşı olar ki, əvvəlcədən elə tədbirlər
görülsün ki, zökəmin qarşısı alınsın. Hələ südəmər uşaqlar üçün zökəm
ciddi fəsadlara yol aça bilər. Çünki u ağın burnu tutulubsa, onun yuxusu
pozulur, iştah pozulur, o ağlağan və narahat olur. Ancaq uşaqlarda
zökəm həmişə intensiv müalicə tələb etmir. 

Uşaqlar burunlarını təmizləyə bilmirlər, valideynlər isə bunu adi
vasitələrlə yaxşı edə bilmirlər. Burun boşluğu dar, selikli və burun
kanalları kiçik və selikli qişaları tez zədələnəndir. Zökəm zamanı
uşaqların burnu çox axır, xüsusən ilk iki gün. Bu dövr valideynlər üçün
ən çətin dövrdür. Uşaqları yedirtmək olmur, fikrini yayındırmaq və
təsəlli etmək mümkün deyil.

Zökəm heç də həmişə soyuqdəymə demək deyil. O, müxtəlif xəstəliklərin
əlaməti ola bilər. Valideynlər bilməlidirlər ki, rinit müxtəlif ola
bilər: infeksion-virus və bakterial mənşəli zökəm, və qeyri
infeksion-allergiya. Hər şeyi ağzına və burnuna salan balacalarda zökəm
burunda yad cismin olmasına da işarə ola bilər. Əksər hallarda 95% zökəm
virus təbiətlidir. Burnun selikli qişası soyuq vaxtlarda viruslara
qarşı daha həssas olur. 

Yeri gəlmişkən, nənələrin gənc analara "uşağın ayağına isti başmaq və
ya papış geyindir" məsləhəti doğrudur. Dabanlarda burunla əlaqəli
reflektor zonalar vardır. Ayaqların üşüməsi zökəmə səbəb ola bilər.

Həkimlər zökəmin bir-birini əvəzləyən 3 mərhələsini qeyd edirlər.
Əvvəlcə bu burunda quruluq və narahatlıqdır. Sonra burun şişməsi,
seliyin gəlməsi. İkinci mərhələ ana üçün ən çətin perioddur. Uşaq
yeməkdən imtina edir, ağlayır. Döş və ya əmziyi əmə bilmədikləri üçün
çəki azalması müşahidə olunur. Üçüncü, son mərhələdə burnun şişi
çəkilir, seliyin gəlməsi azalır, bir qədər qatılaşır. 

Belə bir fikir var ki, zökəmi müalicə etməklə 7 gün ərzində ondan azad
olmaq olar. Lakin zökəm vaxtında müalicə olunarsa, 3-4 gün ərzində
aradan qaldırmaq mümkündür. Çox ağır olmayan zökəmi özünüz də müalicə
edə bilərsiniz. Körpənin burnuna ana südü damızdırmaq lazım deyil.
Doğrudur o, immunoqlobulinlərlə zəngin olsa da unutmayın ki, bakteriya
və viruslar üçün qidadır. Ondansa imkan verin uşaq xeyli süd əmsin. Bu
ona əvəzsiz qidadır. Rahat əmməsi üçün isə burun yollarını təmiz
saxlayın. Bunun üçün xüsusi uşaqlar üçün olan vasitələrdən-damcılardan
istifadə edə bilərsiniz. 

 

Zökəmdən əziyyət çəkən uşağı həkimə göstərmək lazımdır,əgər:

- südəmər uşağın hərarəti 37,5° , bir yaşından böyük uşağınki 38°-dən yüksəkdirsə;

- boğulma, iştah, yuxu, bayıra çıxmasının pozulması varsa;

- 1 yaşa qədər uşaq yemirsə və zəifləyirsə;

- zökəm 2 həftədən çox davam edərsə;

- zökəm mümkün olan allergenlə ünsiyyətdən sonra yaranıbsa.

 

Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!