Yeni doğulan körpənin apqar şkalasına görə qiymətləndirilməsi

Yeni doğulan körpənin apqar şkalasına görə qiymətləndirilməsi
Bir Ana - Bir Bala
10.09.2017 24
Hər bir gənc ana doğum evindən verilən sənəddə övladının balla qiymətləndirilməsini görür.
Bilirsinizmi bu nədir? Gəlin, araşdıraq.

Anestezioloqlar konqresinin 27-ci yığıncağında (1952) amerikan həkim-anestezioloq

Virciniya Apqar ilk dəfə olaraq rəsmi şəkildə yenidoğulanın ilk dəqiqələr ərzində sağlamlığının

qiymətləndirilməsi üçün cədvəli təqdim etmişdir. Bu sadə metod uşağın sağlamlığını ilk

dəqiqələrdə qiymətləndirərək onun reanimasiyaya ehtiyac olub olmadığını müəyyən etmək

üçündür.

Şkalada 5 kriteri üzrə müayinə nəzərdə tutulur. Hər bir kriteri 0-2 balla qiymətləndirilə bilər.

Nəticədə 0-10 arası bal yığıla bilər.

Apqar şkalasında nəzərdə tutulan kriterilər aşağıdakı cədvəldə verilib






 
0 bal 
 1 bal 
 2 bal


dərinin rəngi

ümumi solğunluq, ümumi
göyərmə (sianoz)

bədənin çəhrayı
rəngi və əl-ayaqların
sianozu

bütün bədənin çəhrayı
rəng alması



ürək
döyüntülərinin
tezliyi
yoxdur
 100-dən azdır  
 100-dən çoxdur  



reflektor
reaksiyalar
reaksiya yoxdur
 
zəif reaksiya var (üz-

gözünü qırışdırır,
hərəkət var)
 
hərəkət edir, öskürür,
asqırır, möhkəm ağlayır


 əzələ tonusu
 
tonus yoxdur, ətraflar
sallanır
 
tonus zəifdir, ətraflar
bir qədər bükülür
 
nəzərəçarpan aktiv
hərəkətlər


 tənəffüs
 yoxdur
 
qeyri-müntəzəmdir,
ağlama zəifdir
 
normal tənəffüs,
möhkəm ağlama



[/i]Bu qiymətləndirmə doğulduqdan ilk 1-5 dəqiqə ərzində aparılır. Əgər göstəricilər 3 baldan

azdırsa, deməli yenidoğulanın vəziyyəti təhlükəlidir. Qiymət 7 baldan çoxdursa, bu normal hesab

olunur. Əgər uşaq doğulduqda 5 balla qiymətləndirilirsə və 5 dəqiqə sonra bu göstərici dəyişmirsə,

deməli bu körpənin xüsusi diqqətə ehtiyacı var. İdeal bal 10 bal nadir halda rast gəlinir.



Ülviyyə Səid

[i]
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!