Əmgəyin ölçüləri nə qədər olmalıdır və nə vaxt bağlanmalıdır?

Əmgəyin ölçüləri nə qədər olmalıdır və nə vaxt bağlanmalıdır?
Bir Ana - Bir Bala
10.09.2017 52
Əmgək hərəkətli olmaqla çox mühüm bir funksiyanı yerinə yetirirlər:
doğuş prosesində körpənin kəllə sümüklərinin bir - birinin üzərinə
çıxmasına imkan verir ki, bu da doğuş zamanı uşağın başının dar doğuş
yollarından keçməsini təmin edir. Doğuşdan sonra isə əmgək uşağın başını
təsadüfi zərbələrdən qoruyur. Nəhayət ki, əmgək ümumi və qismən də
beyin temperaturunun tənzimində iştirak edir. Hərarətin artması zamanı
böyük əmgəkdən baş beynin və beyin qişalarının əlavə soyudulması həyata
keçirilir. Yenidoğulmuş uşaqlarda bədən temperaturunun tənzimi mexanizmi
mükəmməl olmadığı üçün əmgəyin bu funksiyası olduqca vacibdir.

 

Normal əmgəin ölçüsü necə olmalıdır?

Doğulduqdan
sonra müayinələr zamanı hər iki əmgək: arxa-kiçik, ön-böyük əmgəklər
qiymətləndirilir. Əmgəyin ölçüləri xüsusi formulla qiymətləndirilir:

( əmgəyin eninə diametri + əmgəyin uzununa diametri) / 2

Əksər yenidoğulmuşlarda kiçik arxa əmgəyin ölçüsü 0,5-0,7 sm-dən çox olmur. Arxa əmgək ikinci həftədə bağlanır.

 

Böyük - ön əmgək əksərən yaxşı hiss olunur və olduqca maraq oyadır. Bu
əmgəyin "normal ölçüləri" və "bağlanma vaxtı" haqqında bir çox səhv
fikirlər var. Bu da bir çox təcrübəsiz valideynləri qorxudur. Bunlardan
bəzilərini qeyd edək:


- böyük əmgəyin ölçüsü bütün uşaqlarda eynidir;

  Əslində isə böyük əmgəyin ölçüləri dəyişkəndir. Bu 0,6 ilə 3,6 sm arasında dəyişir. (Formula görə orta ölçüsü 2,1 sm olur)

- doğulduqdan sonra əmgəyin ölçüsü getdikcə kiçilməlidir, onun böyüməsi isə xəstəlik əlamətidir

  Əslində isə yenidoğulmuş uşağın baş ölçüləri sürətlə böyüdüyünə görə birinci ay ərzində əmgəyin ölçüsü bir qədər böyüyə bilər.

- böyük əmgək müəyyən bir vaxt ərzində bağlanmalıdır

  Əslində isə əmgəyin bağlanması hər bir uşaq üçün individualdır.
Yerimə, diş çıxarma, danışma vaxtı fərqli olduğu kimi bu da fərqli
xüsusiyyətdir. Müşahidələr göstərir ki, 1% yenidoğulanlarda ilk 3 ay,
40% uşaqlarda 1 yaşında, 95% uşaqlarda 2 yaşında bağlanır. Adətən
oğlanlarda əmgək qızlara nisbətən tez bağlanır.

- doğulan zaman əmgək nə qədər balacadırsa, bir o qədər tez bağlanır

  Əslində isə əmgəyin ölçüsü ilə bağlanma müddəti arasında bilavastə əlaqə yoxdur

- əmgəyin tam bağlanması başın inkişafının dayanması deməkdir, bu isə beyindaxili təzyiq əmələ gəlməsinə səbəb olur

 
Əslində isə kəllə sümüklərinin inkişafı mərkəzi tikişlərdən kənara
doğru inkişaf sayəsində olur. Yalnız alın tikişi istisnadır. Bu tikiş 2
yaşında bağlanır. Digər tikişlər 18-20 yaşında bağlanır. Bunun sayəsində
uşaqların baş ölçüləri yetkin insanın baş ölçülərinə qədər böyüyür. 

- əmgəyin bağlanması orqanizmə daxil olan kalsium və bitamin D-dən asılıdır

 
Kalsium və vitamin D-nin orqanizmdə çatışmazlığı əmgəyin bağlanma
prosesini ləngidə bilər. Əgər uşaqda raxit varsa, ona kalsium və vitamin
D verilməsi əmgəyin bağlanmasına təsiri yoxdur və onun dayandırılması
təhlükəlidir. 

  Bütün hallarda uşağınızın sağlamlığını həkiminə etibar etməyiniz ən düzgün seçimdir.



Ülviyyə Səid

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!