Körpələrdə qaz sancısı

Körpələrdə qaz sancısı
Bir Ana - Bir Bala
10.09.2017 17
Yenidoğulmuşlarda ən çox rast gəlinən narahatlıqlardan bəlkə də biricisi
qaz sancılarıdır. Bu, xüsusilə də yeni ata-ana olmuş valideynlərin
kabusuna çevrilib. Qaz səbəbindən ağlayan, çığıran körpəni
sakitləşdirmək onlar üçün çətin olsa da,  bu barədə bir neçə
məsləhətini verəcəyik.

 

Körpələr nə üçün qaz sancılarından əziyyət çəkir?

Həzm sistemi hələ formalaşmadığı
üçün yenidoğulanları bu problem ciddi şəkildə narahat edir. Hətta
sutkanın istənilən saatı onları ağladır, dayanmadan ağlayan balaca gənc
valideynləri də təşvişə salır. Mütəxəssislər 2-3 həftəlik körpələrdə
başlayan qaz sancısı probleminin 4-6-cı həftələrdə çoxaldığını, 3 və
4-cü aya kimi davam etdiyini bildirirlər. 4 aydan sonra həzm sistemi tam
inkişaf etdiyi üçün körpə qaz sancılarından qurtulur. Əgər bu vəziyyət
çox davam edərsə, o zaman pediatra müraciət edilməlidir.

Yenidoğulmuşda qaz sancısının
olmasının daha bir səbəbi hərəkət azlığıdır ki, bu da bədəndə qazların
toplanmasına və balacanın ağrımasına səbəb olur.

Digər səbəblər kimi buraya süd
verən ananın rasionundakı köp yaradan qidaların olmasıdır. Bu səbəbdən
süd verən ana ciddi pəhrizə riayət etməlidir.



Körpəni qaz sancılarından necə azad etməli?

Bu problemi körpə üçün
asanlaşdırmağın bir çox üsulları göstərilir. Lakin qaz sancısını aradan
qaldırmaq hər bir balacada fərdidir. Hansısa körpədə bu, masajla aradan
qalxırsa, digərində isti ədyala bükülməklə sancı azalır.

Masaj – körpənin qarın hissəsini
əllə və ya azca isidilmiş günəbaxan yağı ilə masaj edin. Masajı saat
əqrəbi istiqamətində etməyə çalışın. Bu problemi tam həll etməsə də
körpənin sancılarını azaldacaq və bir müddətliyə onu rahatladacaq.

Qucaqlayıb sarılma – bu zaman körpə özünü güvənli bir yerdə hiss edəcək və bu ona sancılarını da unutduracaq.

Musiqi dinlətmək – sancı
səbəbindən ağlayan körpəyə musiqi dinlətmək xeyli müsbət təsir göstərə
bilər. Sınamağa dəyər, əziz analar...

 

Qucaq və ya beşikdə yırğalamaq;

Balacanı ilıq suda çimdirmək də qaz sancılarının azalmasına kömək edər;

Əmzik vermək;

 

Maşına mindirib, bir qədər gəzdirmək - ətraf aləmi seyrə dalan balaca tez bir zamanda sancıları unudacaq...

Müasir dövrdə sancılardan xilas
olmaq üçün doğulan gündən həkimlər körpəyə müxtəlif dərman vasitələri
təyin edirlər. Çalışmaq lazımdır ki, dərmanlardan daha çox belə təbii
üsullarla, həmçinin şüyüd çayı dəmləyib içirtməklə onu sancılardan azad
edəsiniz...

 

Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!