Körpələrdə qulaq ağrısı

Körpələrdə qulaq ağrısı
Bir Ana - Bir Bala
10.09.2017 20
Körpələri ən çox narahat edən problemlərdən biri də qulaq ağrısıdır.
Xüsusilə də uşaq hələ danışmırsa, dərdini ifadə edə bilmirsə, bu, onunla
yanaşı, valideynlər üçün də böyük narahatlığa çevrilir.
Körpələrin qulağı niyə tez-tez ağrıyır?     

Qulaq ağrısı qulaq xəstəlikləri və
ya ona qonşu olan nahiyələrin ağrısının təsirindən ortaya çıxır. Bir
sözlə, qulaq ağrısının çox səbəbi var.

Tam danışa bilən uşaqlar qulaq
ağrılarını asanlıqla dil ilə ifadə etsələr də, balacalar bunu bildirməyi
bacarmır. Əgər uşağın qarnı tox, altı təmiz, geyimi rahatdırsa, heç bir
səbəb olmadan narahatdır və fasiləsiz ağlayırsa, bu zaman onun qulaq
ağrsından şübhələnmək olar.



Aşağıdakı hallarda uşaqlarda qulaq ağrısına rast gəlinə bilər:

Süd və qalıcı dişlər çıxarkən;

Dişlərdə çürüklər varsa;

Qulaqarxası linfa vəzinin iltihabı;

Farengit;

Genik ət və ya badamcıqların iltihabı;

Qırtlaqda infeksiya;

Genik ət və badamcıq əməliyyatlarından sonra və s.

Bu səbəblər əsasən böyük yaşlı
uşaqlarda qulaq ağrılarına səbəb olur. Yenidoğulanlarda və bir neçə
aylıq körpələrdə isə çox vaxt qulaq ağrısı elə qulağın özündən
qaynaqlanır.



Qulaq ağrısının əlamətləri nələrdir?

- Körpənin əlini qulağına doğru aparması;

- Yuxudan qışqıraraq oyanması;

- Gecə narahatlıqları;

- Qulaqdan axıntı gəlməsi;

- Axıntının pis qoxusu;

- İştah azalması;

- Qulaq tıxanıqlığı;

- Eşitmə azlığı;

- Ayaqlarıyla sağa-sola doğru təpik atmaları;

- Bəzi hallarda qusma.



Qulaq ağrısının müalicəsi

Adətən körpələrdə rast gəlinən
qulaq ağrısını ev şəraitində, xalq təbabəti ilə sağaltmağa üstünlük
verən valideynlər bir məqama da diqqət etməlidirlər ki, qulaq ağrısı
olduqca narahatedici ağrıdır. Ona böyüklərin dözməsi çətindir, o ki
qaldı körpələrin.

Bu səbəbdən də qulaq ağrısından
şübhələnən valideyn dərhal həkimlə əlaqə saxlamalı, onun təyin etdiyi
antibiotik qəbulu ilə balacasını bu ağrıdan tez bir zamanda xilas
etməlidir.

Həmçinin, həkimlər bu ağrılar
zamanı kamfor yağı, çobanyastığı və cökə suyunu məsləhət görürlər.
Ağrını azaltmaq üçün xüsusi qulaq damcılarından istifadə edilir ki, bu
da qulağında iltihab olmayan uşaqlara aiddir. Əgər körpənin papağında,
balışında iltihab görürsünüzsə, oo halda heç bir dərman və damcılardan
istifadə etmək olmaz. Mültəq həkimə müraciət etmək lazımdır.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!