Uşaqlarınızı soyuqdəymədən qoruyun

Uşaqlarınızı soyuqdəymədən qoruyun
Bir Ana - Bir Bala
10.09.2017 12
Payız-qış
fəsillərində iqlimin dəyişməsi təlim-tərbiyə ocaqlarında uşaq və
yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması, bəzən immunitetinin
zəifliyi, otaqların sıxlığı tənəffüs yollarının kəskin infeksion
xəstəliklərinə səbəb olur.



Uşaqlarda
nəfəs yolları xəstəliklərinin sürətlə yayılması daha çox immum sistemi
zəifliyindən və gigiyenik qaydalara riayət edilməməsi səbəbindən geniş
vüsət alır. İstənilən məktəbli uşaq il ərzində 6-7 dəfə soyuqdəymədən
əziyyət çəkir. Bildiyiniz kimi bu infeksiyanın yoluxma yolları öskürək,
asqırmaq və infeksiyaya yoluxmuş sinif yoldaşalarının əşyalarından
istifadə zamanı daha da sürətlənir. Antibiotik dərmanların da əksər
hallarda bir işə yaramadığı müşahidə edilir.



Soyuqdəymə
ağırlaşmış formalarda boğaz və qulaq infeksiyaları ilə müşahidə edilir.
Yüksək qızdırma, ürək bulanması, iştahsızlıq və s. bu kimi əlamətlər
qulaq infeksiyasının əsas göstəriciləridir. Əsasən 2-6 yaş arası
uşaqlarda müşahidə olunan bronxit xəstəliyi sinə ağrıları, öskürək, kimi
əlamətlərlə özünü göstərir. Bu zaman uşaqların daha çox maye qəbul
etməsi məsləhət görülür.



Kompüterlə
məşğulluq uşaqların həvəsini, biliyini artırır. Lakin uzun müddət
ərzində kompüterlə məşğul olanda otağın mikroiqlimi: temperatur,
rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir, hava
bakteriyalarla zənginləşir. Belə mikroiqlimdə uzun müddət qalan uşaq və
yeniyetmələrin müəyyən dərəcədə əqli, emosional, görmə funksiyalarını
dəyişir.Onların müdafiə sistemi zəifləyir, patologiya və yoluxucu
xəstəliklərə qarşı müqaviməti azalır. Uşaq və yeniyetmələrin
sağlamlığına, onların zehnini yormayan yüksək qavrayışa və aktiv olmağa
yalnız gigiyena tələblərinə əməl edilməsi ilə nail olmaq mümkündür.



Uşaq
və yeniyetmələr hər gün meyvə, tərəvəz, vitaminlərin daşıyıcıları olan
göy soğan, müxtəlif göyərtilər, ağ turp, kələm, əti əvəz edən və yerini
verən pendir, kəsmik yeməlidirlər. Onların əllərinin yuyulması,
dişlərinin fırçalanması kimi gigiyenik qaydalara riayət etmələrinə
diqqət yetirilməlidir.



Fiziki
tərbiyə hormonal fiziki inkişafa təkan verir, dözümlülüyü tənzimləyir,
baş-beyin tonusunu yüksəldir, insanda yaxşı emosiyalar yaradır. 



Uşaqlar
və yeniyetmələrin hər günü səhər 15-20 dəqiqəlik gimnastika ilə
başlamalıdır. Dərs və dərnəklərdə məşğul olanda pəncərələr açıq olmaq
şərti ilə, uşaqlar 1-2 dəqiqə idman hərəkətlərini etməlidirlər. Tənəffüs
vaxtlarında bunların davamı olaraq, uşaqların təmiz havada aktiv
hərəkətlər etməsi çox vacibdir. Sağlamlığın fizioloji təsirinin
effektliliyi hərəkətlərin mütəmadi və güclü olmasından asılıdır.



Sağlam olun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!