Pnevmoniya - uşaqlar və yaşlılar təhlükədədir!

Pnevmoniya - uşaqlar və yaşlılar təhlükədədir!
Bir Ana - Bir Bala
10.09.2017 18
Pnevmoniya
çox təhlükəli xəstəlikdir. Baxmayaraq ki, hal hazırda pnevmoniyanın
diaqnostikası və müalicəsi üçün ən effektli vasitələr mövcuddur,
pnevmoniya hər il  insanların ölümünə səbəb olur.

Bu xəstəlik xüsusilə yaşlı insanlar və uşaqlarlar üçün təhlükəlidir.

Pnevmoniya
əsasən digər tənəffüs sistemi xəstəliklərinin fonunda (infeksion, virus
və s.) inkişaf edir. Pnevmoniya müxtəlif mikroblar (pnevmokokklar,
stafilokokklar), viruslar (qripp, paraqripp, adenovirus), göbələklər,
birhüceyriləlilər tərəfindən törədilə bilər. Bəzən pnevmoniya zəhərli
buxarların, qazların və s. ziyanlı maddələrin insanın nəfəs yollarına
düşməsi nəticəsində inkişaf edir.

Pnevmoniya
əsasən immun sisteminin zəifləməsi fonunda inkişaf edir. Belə
zəifləmənin səbəbi soyuqlama, virus xəstəlikləri, immun sisteminini
zəiflədən bəzi dərman preparatlarının qəbulu ola bilər.

Pnevmoniyanın inkişafı riski bu qrup insanlarda daha yüksəkdir:

- yaşlı insanlar

- kiçik yaşlı uşaqlar

- siqaret çəkən insanlar

- ağ ciyərin xroniki xəstəlikləri, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri və s. xroniki xəstəlikləri olan insanlar

-
cərrahi əməliyyat keçirmiş insanlar. Pnevmoniya xəstəxanada müalicə
alan insanda inkişaf edə bilər - buna "xəstəxanadaxili pnevmoniya"
deyilir.

- anadangəlmə nəfəsalma sistemi patologiyaları olan insanlar

- müxtəlif səbəblərə görə immun sistemi zəifləmiş insanlar.

Pnevmoniyanın
vaxtında aşkar olunması çox vacibdir. Bundan hətta insanın həyatı asılı
ola bilər. Təəssüf ki, bəzən pnevmoniya özünün hec bir ciddi dimptomla
büruzə vermir və bu halda diaqnoz çox gec qoyulur. Pnevmoniyadan
sığortalanmaq üçün daim immun sisteminizi gücləndirin, virus və
infeksiya xəstəlikləri düzgün və vaxtında müalicə edin, həkimin
nəzarətində olun. Bu xüsusilə uşaqlar üçün vacibdir!

Xəstəliyin
diaqnozunu terapevt və pulmonoloq birlikdə təyin edir. Diaqnozun
dəqiqləşdirməsi üçün rentgenoqrafiya müayinəsi, qan analizləri, bəlğəmin
analizi aparılır.

Pnevmoniyanın simptomları:

- hərarətin kəskin qalxması, titrəmə

- bəlğəmli öskürək (bəzən öskürəkdə qan izləri olur). Nəzərə almaq lazımdır ki, bəzən pnevmoniya zamanı öskürək olmaya bilər.

- sakit vəziyyətdə havanın çatışmaması hissi

- tərləmənin artması, zəiflik, baş ağrıları

- taxikardiya (ürək döyünməsinin artması)

- dərinin solğun olması

- dərin nəfəsalma və öskürək zamanı döş qəfəsində ağrılar.

Yüngül
hallarda pnevmoniya ev şəraitində müalicə olunur. Lakin bir çox
hallarda pnevmoniyanın müalicəsi xəstəxana şəraitində aparılır. Müalicə
kompleks şəklində aparılır (antibiotiklər, virusəleyhinə,
iltihabəleyhinə, bəlğəmgətirici preparatlar, inhalyasiyalar və s.).
Müalicə fərdi şəkildə pnevmoniyaya səbəb olan törədicidən (mikrob,
virus, göbələk) asılı olaraq seçilir. Müalicə zamanı fizioterapiya
(maqnototerapiya, elektroforez, döş qəfəsi massajı, xüsusi tənəffüs
gimnastikası) böyük rol oynayır.

Pnevmoniyanı
heç bir xalq təbabəti üsulları ilə müalicə etmək mümkün deyil! Bu
yalnız xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq!

Pnevmoniya
ağır fəsadlar (ağ ciyərin ödemi, irinli prosess, ağ ciyərin toxumasının
parçalanması və s.) verə bilər. Bundan əlavə pnevmoniya fonunda
müxtəlif orqan və sistemlərdə ağır pozulmalar inkişaf edə bilər - ürək
çatışmazlığı, böyrəklərin funksiyasının pozulması, nevroloji pozulmalar
və s.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!