Diqqətli olun! körpələri ağladan səbəb

Diqqətli olun! körpələri ağladan səbəb
Bir Ana - Bir Bala
10.09.2017 9
Körpə
hər evin bəzəyidir. Lakin çox vaxt körpələrin ağlaması evdə
narahatçılığa səbəb olur. Hər kəs onun səbəblərini araşdırıb, ağlamasını
dayandırmaq üçün əlindən gələni edir. Bəzən qarnının tox olmasına,
təmiz olmasına rəğmən yenədə ağlamağa davam edirlər. Bu səbəbsiz göz
yaşları evdə hər kəsi narahatçılığa qərq edir. Unutmaq olmaz ki, onlar
heç vaxt səbəbsiz yerə ağlamırlar.



Uşaqların
kəskin ağlamaq müddəti 3-6 həftəliyinə təsadüf edir. Körpə 12-16
həftəlik olduğunda isə daha az ağlayır. Bunun səbəbi isə bu dövrdə
körpələrin hərəkət qabiliyyətinin artması, oyuncaqlarla oynaya bilməsi,
beləliklə də daha az darıxmağıdır. Daha böyük körpələrin və 3-4 yaşına
qədər uşaqların, həyata kifayət qədər uyğunlaşmaqlarına baxmayaraq
aclıq, soyuq, yorğunluq, xəstəlik kimi səbəblərə görə hələ də ağlamağa
davam edirlər. 



Qadınlar.biz  sizə çoxunuzu təəccübləndirəcək bir problemdən bəhs edir. Bu narahatçılıq səbəbindən çox körpə əziyyət çəkir. 



Əksər
valideyinin fikir vermədiyi nüansalardan biri körpələrin əl və ya ayaq
barmaqlarına tüklərin dolaşmasıdır. Adətən valideyinlər və körpənin
yaxınları onu oynadarkən özləri də bilmədən saçları körpələrin
barmaqlarına dolanır. Buda çox vaxt səhlənkarlıq edən valideyinlər
balacalara lazımı diqqəti göstərmədikdə tük telləri barmaqlarda öz
yerini möhkəmkləndirir.Bunun acı nəticəsi olaraq qan dövranı məhdudlaşır
və qanama halları müşahidə olunur.



Bu
kimi halların baş verməməsi üçün uşaqların əl və ayaqlarına
vaxtı-vaxtında nəzarət edilməlidir. Onları geyindirən zaman diqqətli
olmaq lazımdır ki, saç tükləriniz geyimlərinə qarışmasın. Ən əsasıda
körpələrin paltarlarını öz paltarlarınızdan mütləq ayrı və tərsinə
çevirərərk yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!