Körpələri niyə öpmək olmaz?

Körpələri niyə öpmək olmaz?
Bir Ana - Bir Bala
10.09.2017 6
Ağız, burun bölgəsi bakteriyaların giriş nöqtəsidir.



Bir
körpə 9 ay ərzində ana qarnında bütün təhlükələrdən qorunaraq böyüyür.
Dünyaya gəldikdən sonra gözlərini bambaşqa dünyaya açır. Onun ən böyük
qoruyucusu isə heç şübhəsiz ki, anasıdır. Analar övladlarını öpdüyü
andan etibarən aralarında ömür boyu ayrılmaz əlaqələr yaranır. Ancaq
sadəcə ana ilə deyil, evə gələn yadlar və qonaqlar da körpədən öz öpüş
payını almaq istəyir. Bu zaman xüsusən də infeksiyaların artdığı qış
mövsümündə daha təhlükəli olur. Mütəxəssis və həkim Gülnihal Şarman
öpüşün uşaqlara nə kimi zərrlər verə biləcyini izah edir.



Ağız,
burun bölgəsi bakteriyaların giriş nöqtəsidir. Buradan alınan hər cür
bakteriya və virus uşaqlardan keçir. Təəssüflər olsun ki, uşaqlar
xəstələnməyə hazır olurlar. İmmunitet sistemləri 2 il çox saf vəziyyətdə
olur. Buna görə də uşaqların xəstələnməsi məktəbli uşaqlar arasında
böyüklərdən daha tez yayılır. Həmçinin xəstəliyi daha ağır keçirirlər.
Nəfəs yollarının infeskiyasına yoluxmusunuzsa, uşağı qətiyyən öpmək
olmaz, hətta yanlarına belə yaxınlaşmaq olmaz. İmmunitet sisteminin
körpəlikdən məktəbə gedənə qədər uzun müddətdə böyüdüyü düşünülərsə,
xəstə etməmək üçün niyə öpməli olmadığımızı başa düşmək olar.

Dəriləri qabıq verir



Körpə
dərisi çox həssas və nazik olur. Körpələri öpərkən təkcə infeksiya
keçmir eyni zamanda pomadadan bəzi kimyəvi maddələr də onların dərisinə
təsir göstərir. Ataları çox öpən uşaqların da dərisində bəzi problemlə
müşahidə olunur. Kişilərin üzü tüklü olduğu üçün uşaqların dərisi qabıq
verir və ya qızarır.

Tanımırsa, toxunmaq olmaz



Körpələr
çox sevimli, şirin olsalar da, onları öpmək olmaz. Hələ tanımadığınız
birinin onu öpməsinə icazə vermək olmaz. Biz özümüz tanımadığımız
insanları qucaqlayıb öpmədiyimiz kimi, yadların da körpəni öpməsinə
icazə verməməliyik. Onların duyğularını ifadə edə bilməməsindən istifadə
edib yaxınlaşmaq, öpmək və qucaqlamaq haqqınız yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!