Körpəsi yeni diş çıxaran analara məsləhətlər

Körpəsi yeni diş çıxaran analara məsləhətlər
Bir Ana - Bir Bala
10.09.2017 14
Uşaqların ilk diş çıxartmağı 5-ci aydan etibarən başlayır. 5 və 9-cu
aylar arasında çıxan dişlər əsasən alt damağın ön tərəfində çıxır və bu
dişlər kəsici dişlər adlanır. Alt damaqda çıxan dişlərdən sonra üst
damaqdakı dişlər çıxır və sırası ilə bütün dişlər çıxmağa başlayır. Süd
dişlərinin hamısı demək olar ki, 2 yaş yarımına qədər çıxır. Uşaqlarda
diş çıxmağa başlayan andan etibarən müəyyən əlamətlər olur.



Bu əlamətlər
nələrdir?


Damaqda qaşıntı
hissi, cüzi ağrı, iştahsızlıq, diş köklərində şiş kimi fəsadlar
körpənin narahatçılığına gətirib çıxarır. Bu vəziyyətdə diş çıxaran
körpələrin rahatlığı üçün əsasən maye qidalar və ya çox qatı olmayan
ilıq maye yeməklər yedizdirməlisiniz. İlıq maye yeməklər körpənin diş
köklərini rahatlaşdıracaq. Diş çıxaran körpələrdə əsasən dişləri
qaşınır. Yumşaq toxumadan hazırlanmış oyuncaq həm körpənin diş
qaşıntısının qarşısını alır, həm də körpə həmin oyuncaqla oynayıb başını
qatır.



Bundan əlavə
körpənin dişinin qaşıntısının qarşısını almaq üçün ağrıkəsici və ya diş
ətlərinə sürtülən maye dərmanlardan uzaq durun. Çünki körpələrin diş
çıxartması ən təbbi fiziki inkişafıdır. Ağrıkəsicilər ağız ətrafını
uyuşdurduğu üçün çox uşağın bu dərmanlardan xoşu gəlmir. Ancaq
körpənizdə yüksək hərarət, kəskin iştahsızlıq, durmadan ağlama kimi
əlamətlər varsa, mütləq həkim ilə əlaqə saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!