Uşaqların inkişafında diqqət etməli olduğunuz 7 tövsiyyə

Uşaqların inkişafında diqqət etməli olduğunuz 7 tövsiyyə
Bir Ana - Bir Bala
10.09.2017 5
1. Adil və qərarlı bir disiplin tətbiq edin

Uşaqların
qarşısında cəmiyyəti ilk təmsil edənlər ana və atalarıdır. Beləliklə,
cəmiyyətin tələbləri və bu tələblərin necə yerinə yetiriləcəyini ən
yaxşı şəkildə çatdıracaq olan da onlardır. Uşağın cəmiyyətə uyğun bir
yeniyetmə halına gətirilməsi böyük önəm daşıyır. Eyni zamanda adil və
qərarlı olmaq lazım olduğuna görə intizam qaydası tətbiq etmək həssas
bir mövzudur.



2. Özünə inamı yaratmaq üçün tənqidi dozasında saxlayın

Bir
uşağın inkişafı hər gün dəyişir. Onlar sadəcə valideynlərinin dediyi
sözləri deyil, bu sözləri demək tonlarını da eşidirlər. Uşaqlar
valideynlərinin onları çox tənqid etdiyi və sevgisiz davrandığı zaman
özlərini dəyərsiz hiss edirlər. Bəzi valideynlər uşaqlarının yalnız
mənfi davranışlarını görürlər və həmişə onları tənqid edirlər, ancaq
uşaq sadəcə qəzəb və tənqid eşitsə, özünə inamı zəifləyər.



3. Qucaqlayın və sevginizi bildirin

Uşağınıza
sarılmaq, onu tərifləmək və sevdiyinizi bildirmək onun yaxşı
davranışlarını inkişaf elətdirməsinə kömək olacaqdır. Əgər uşağınız pis
bir hərəkət etsə, onun yalnız elədiyi hərəkəti pisləyin, uşağınızı
deyil. Hətta bəzi valideynlər onlara "səni görmək istəmirəm”, "səni
artıq sevmirəm” kimi uşaqları uzun müddət zədələyəcək sözlər deyirlər,
bu da onları həddindən artıq incidir və sonraki həyatlarına da mənfi
təsir göstərir. Həmçinin, uşaqları başqa uşaq və ya qardaşıyla müqayisə
eləmək və alçaltmaq da onu psixi cəhətdən zədələyən bir hərəkətdir.



4. Uşağınızı planlarınıza daxil edin

İndiki
zamanda iş rejiminin ağır və yorucu olması baxımından ailə üzvləri
bir-birlərinə vaxt ayıra bilmirlər. Buna görə də bir çox valideyn sadəcə
bir neçə sosial fəaliyyətdə uşaqlarının yanında ola bilirlər. Uşağa
daha artıq vaxt ayırmaq üçün bütün ailə üzvlərinin şam yeməyini birgə
yeməsi daxil paylaşıla biləcək bütün mühitlərdə bir yerə yığışmaq onun
inkişafında böyük əhəmiyyət daşıyır.



5. Onu səbrlə dinləyin

Uşaqlarınız
nə vaxt yanınıza gəlib danışmaq, ya da sizə sual vermək istəsələr,
onlara zaman ayırın və səbrlə dinləyin, hər suala cavab verməyə çalışın.
Verdiyiniz cavablar dərs keçirmiş kimi olmamalı və mümkün olduğu qədər
qısa və konkret olmalıdır. Cavabını bilmədiyiniz bir sual versə, bunu
tapmağa cəhd elədiyinizi göstərin. Uşaqlar sizinlə danışmağa gələndə hər
dəfə "indi uyğun deyiləm, sonra danışarıq” cavabı alsa, məyus olurlar
və özlərinin heç vaxt sizin üçün birinci planda olmadıqlarnı, önəmsiz
olduqlarını düşünə bilərlər.



6. Öhdəliklərinin fərqinə varmağına şərait yaradın

Əgər
uşaqlarınıza onlardan gözlədiklərinizi deyib münasibətlərinizdəki
qaydaları açıqlasanız, onlar da öz öhdəliklərinin fərqinə vararlar.
Beləliklə, uşağınız dürüst davranmağı da öyrənəcəkdir. Ailə içində
yaşanan bir problemi uşağınızla danışın və onlarla birlikdə həllini
tapmağa çalışın.



7. Onun həyatdakı idealı olduğunuzu unutmayın

Uşağınız
həmişə sizə baxaraq həyatda necə var olmaq lazım olduğunu öyrənir,
dedikləriniz, danışıq tərziniz və davranışlarınızı izləyərək sizi təkrar
edir. Çünki onun üçün ən yaxşı nümunə sizsiniz. Əgər uşaqlarınıza
hörmət, şəfqət, düzgünlük, istiqanlılıq, əliaçıqlıq götərsəniz və o belə
davrananda təqdir etsəniz, onun bütün həyatında belə davranmağına
şərait yaradacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!