Uşağınıza sevildiyini hiss elətdirməyin 8 yolu

Uşağınıza sevildiyini hiss elətdirməyin 8 yolu
Bir Ana - Bir Bala
10.09.2017 27
Uşaqlarınızın boyunu uzadan 5 əsas amil"
href="/ana-ve-usaq-20/usaqlarinizin-boyunu-uzadan-5-esas-amil-161">Uşaqlarımıza
sevgimizi hiss elətdirdikdə onlar daha sakit, pozitiv və sosial
olurlar. Sevgini hiss etmədiklərində isə stresli, narahat və gərgin
olurlar. Onlara nə qədər diqqət göstərsək, zaman ayırsaq, stresli,
narahat və əsəbi davranışları o qədər az olar. Aşağıda sizə uşaqlarınıza
necə davranmaq lazım olduğunu və sevildiyini necə hiss elətdirə
biləcəyinizin yollarını təqdim edirik:



Mobil telefonunuzu söndürün

Əgər
işləyən bir valideynsinizsə, axşam evə gələndə, işləmirsinizsə,
uşaqlarınız məktəbdən qayıdanda ən az yarım saat telefonunuzu söndürün
və bütün diqqətinizi onlara yönəldin.



Şam yeməyini birlikdə yeyin

Birlik
və bağlılığın ən əsas simvollarından biri şam yeməyidir. Bu vaxtları
birlikdə keçirməyiniz ailənizlə xoşbəxt olduğunuzun, onları sevdiyinizin
ən yaxşı sübutudur.



Yatmamışdan əvvəl vaxt ayırın

Uşaqlarınız
yatmağa hazırlaşarkən onlara kitab oxumaq və ya sadəcə yanlarında olmaq
belə onların xoşbəxt və rahat şəkildə yatmaqlarına, özlərini sevgi dolu
hiss etməklərinə kömək olur. Həmçinin, zehni inkişafları üçün də yuxu
vaxtında yanlarında olmaq faydalıdır.



Fiziki təmasda olun

istiqanlılıq
və sevgi hiss etmək uşaqların inkişafı baxımından olduqca faydalıdır.
Fiziki təmas uşağınızın özünə inamını artırır, tərs və antisosial
olmasının qarşısını alır. Gün ərzində qucaqlamağınız, ya da öpməyiniz
sevginizi hiss etdirir.



Onunla danışarkən göz təması çox önəmlidir

Uşağınızla
aranızda sağlam münasibət qurmağın ən yaxşı yolu göz təmasıdır. Hamının
bütün gün kompyuterə, ya da telefona baxaraq vaxtını keçirdiyi dövrdə
uşağınızla danışarkən göz təması qurmaqla onunla həqiqətən
maraqlandığınızı göstərmək çox əhəmiyyətlidir. O, böyüdükcə bunun
əhəmiyyətini başa düşəcək və gələcək həyatında o da bunu həyata
keçirəcəkdir.



Yaxşı nümunə olun

Onlara
yaxşı nümunə olmağa çalışın. Uşaqlarınıza davranışlarınızla nümunə
olmağa çalışmalısınız. Onlara necə davranmalı olduqlarını təkcə sözlə
deyil, etdiyiniz hərəkətlərlə də öyrətməlisiniz



Danışarkən sözünü kəsməyin

Uşağınız
məktəbdə yaşadıqları haqda, yaxud da oxuduğu bir kitab və ya baxdığı
bir film barədə sizinlə danışdığı zaman sözünü kəsməyin və sona qədər
səbrlə qulaq asmağa çalışın. Bu, onların dediklərinin qiymətli olduğunu
düşünmək və özlərini önəmli hiss etməklərinə səbəb olacaqdır.



Hədiyyələrini saxlayın

Uşağınız
sizə yazdığı bir qeyd, özü çəkdiyi bir şəkil və ya kiçik bir şeir
hədiyyə edəndə onlara dəyər verdiyinizi göstərmək üçün mütləq bu
hədiyyəni saxlayın. Bunu özəl bir yerdə saxlayın, iş yerinizə aparın və
yaxud da hər hansı birini böyüdüb çərçivəyə saldırın. Bunu etməyiniz ona
böyük müvəffəqiyyət hissi verəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!