Uşaqlarınızın boyunu uzadan 5 əsas amil

Uşaqlarınızın boyunu uzadan 5 əsas amil
Bir Ana - Bir Bala
10.09.2017 25
Boyun uzun olmağına təkcə genetik faktorlar təsir etmir. Qidalanma da
uşağınızın boyunun uzun və ya qısa olmağı barədə olduqca təsirlidir. Biz
bu yazımızda uşaqların boyunu uzadan qidalanma proqramını sizin üçün
tapıb hazırlamışıq.



1. Günəş vannası

Boyu
uzadan qidaların təməlində kalsium və D vitamini durur. Günəş də ən
önəmli D vitamini qaynağıdır. Günəşli havalarda beş dəqiqə günəş vannası
qəbul etmək çox faydalıdır.



2. 2 stəkan süd

Sümük
üçün faydalı olan kalsium ehtiyacının ödənilməsi üçün süd, qatıq,
ayran, pendir kimi qidaların yeniyetməlik dövründə uşaqlarınızın
qidalanma proqramında olması olduqca əhəmiyyətlidir. Uşaqlarınıza gün
ərzində 2 stəkan süd içirməyə çalışın.



3. Çərəz

Çərəz də kalsium cəhətdən zəngin qidalardandır. Uşaqlarınızın gündə bir ovuc fındıq, fıstıq, badam və ya qoz yeməyi uzun boylu bir gələcək üçün əhəmiyyətlidir.



4. Çəki nəzarəti

Uşağınızın artıq çəkili olması boyunun uzanmağına mənfi təsir göstərir. Belə uşaqlar boylarının uzanması üçün mütləq arıqlamalıdırlar.



5. Həftədə iki dəfə balıq yemək

Balıq,
balıq yağı, kartof, yumurta sarısı, yulaf əzməsi tərkibində ən çox D
vitamini olan qidalardır. Buna görə də uşaqlarınıza həftədə ən az 2 dəfə
balıq yedirdin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!