Uşaqlara ev tapşırıqlarında belə kömək edin

Uşaqlara ev tapşırıqlarında belə kömək edin
Bir Ana - Bir Bala
10.09.2017 6
Hər
tətil sonrası uşağın məktəbə başlaması, yenidən tapşırıq və çalışma
sisteminə uyğunlaşması bir az zaman alır. Normal hesab edilən bu
müddətin daha məhsuldar və qısa olması üçün ailənin də dəstəyi vacibdir.

Ana-ata
ev tapşırıqlarında uşağa nə qədər yardım etməlidir? Uşaqların tapşırıq
etmək istəməməyinin səbəbi və bu səbəbləri ortadan qaldırmağın çıxış
yolları nələrdir?

Qadınlar.Biz valideynləri düşündürən bu suallarla bağlı ətraflı məlumatı təqdim edir.

 

Uşağın tapşırıq etməsi üçün nə edə bilərik?

 

Məktəb
zamanı sadəcə tapşırıq həll etmək deyil, yuxu saatının təyin edilməsi,
çanta yığışdırmaq, məktəbə aparılacaqları unutmamaq, həftəlik proqramı
izləmək kimi digər məsuliyyət tələb edən rejimlərin təşkili uşağın yaşı
ilə eyni nisbətdə olmalıdır.

Uşağına tapşırıq həll etdirmək bəzi valideynlər üçün işgəncə kimidir. Özü də bu hər gün təkrarlananda daha da sıxıcı olur.

 

Uşağım niyə tapşırıq etmək istəmir?

Uşağın
tapşırıq etməməyinə çıxış yolu tapmazdan əvvəl problemin nədən
qaynaqlandığını təsbit edin. Problemin qaynağını təşkil edən səbəblər
isə bunlardır:

 

Ailə mövqeyi

Hər
məsələdə olduğu kimi ev tapşırığı etməkdə də uşağın valideynlərini
nümunə götürdüyünü unutmayın. Əvvəlcə edilməli olan məsuliyyətlərin ana
və ata tərəfindən önəmsəndiyini uşağın görməsi lazımdır.

Ancaq
uşağınız evə gələn kimi tapşırıq, dərslər kimi xatırlatmalar etmək
ailədaxili ünsiyyət və effektli vaxt keçirmək hallarını baltalayacaq.

Uşaq
məktəbdən gələndə günü haqqında danışın, yaşadığı və öhdəsindən
gəlməkdə çətinlik çəkdiyi məsələlərin üzərindən keçin. Bəzən uşağınıza
tapşırılan tapşırıqların çətin olduğunu düşünsəniz belə bunu onun
yanında dilinizə gətirməyin. Belə hallarda uşağınıza fikrinizi
bildirmədən tapşırıqlarını etməkdə kömək edin və müəlliməsiylə uşağınız
olmayan bir vaxtda bu barədə danışın.

Məktəbdən
evə gələn uşağın çantasını eşələyib dəftərini götürən və "bu günə hansı
tapşırıqları verilib? Gəl, başlayaq”, deyə tapşırıqları uşaqdan daha
çox sahiblənən valideynin sərgilədiyi bu davranış yanlışdır.

Təbii
ki, ana-ata uşağa tapşırıqlarını etməkdə kömək edə, çətinlik çəkdiyi
məsələlərin həllində yol göstərə bilər. Ancaq bu o demək deyil ki, onun
tapşırıqlarını valideynləri edəcək, dərslərini edərkən əvvəldən sona
kimi yanında olacaq və hər axşam da yoxlayıb çantasına yerləşdirəcək.

 

Müəllimənin mövqe və davranışları

Tapşırıqların
edilməsində bir digər vacib amil də müəllimənin münasibət və
davranışlarıdır. Tapşırığın verildiyini ancaq yoxlanmadığını görən
şagird üçün tapşırıq həll edilib məktəbə gətirilməsi lazım olan bir
məsuliyyət kimi dərk edilmir. Və bu hal ancaq ailə-müəllim aralarında
həll edə bilər.

 

Vaxtında bitirilməyən tapşırıqlar

Axşam
23:00da və ya səhəri gün məktəbə gedərkən "Tapşırıqlarımı etmədim, belə
məktəbə gedə bilmərəm”, - deyə səs-küy salan və ana-atanı gecənin bir
yarısı ya səhəri gün sıxışdıran uşaqlar çoxdur. Belə hallarda "yatmaq
vaxtın gəldi, bu vaxta qədər sənə nə qədər xatırlatdım, ancaq etmədin,
sənin məktəbə tapşırıq olmadan getmək istədiyini düşünürəm” şəkilində
bir açıqlama ilə mübahisə doğurmadan vəziyyətin həllini tapmasına nail
ola bilərsiniz.

 

Proqram vərdişi

Uşağınızın
proqram və plana ehtiyacı ola bilər. Etmək məcburiyyətində olduğumuz və
etməkdən zövq aldığımız şeylər vardır. Hər gün dərsdən evə gələn
uşağınızla oturub bunu müzakirə edin. Uşağınızın o gün etməli olduğu
nələr vardır? Və o gün etməkdən zövq aldığı nələr var? Əvvəlcə siyahını
tutmaqda siz də kömək edin, sonrakı günlərdə isə özünün hazırlamasına
şərait yaradın. Bu siyahını tutduqdan sonra məcburiyyətdə olduqları ilə
başlayın. Çətinlər bitdikdən sonra qalan vaxtda ağlında çətin tapşırıq
qalmayan uşağın da əyləndiyini görəcəksiniz.

 

Özəl hallar

Diqqət
əskikliyi və hiperaktivlik, disleksiya, öyrənmə çətinliyi, bioloji
mənşəli problemlər. Bu problemləri olan uşaq hər zaman öyrənməkdə və
yaxşı qiymətlər almaqda çox çətinlik çəkir. Uşağınızın öyrənməsində
çətinlik yaşadığını hiss edirsinizsə, mütləq bir mütəxəssis yardımı
alın.

 

Tapşırıq etmək necə vərdişə çevrilə bilər?

Uşaqlarınızın
tapşırıq etməsinin məsuliyyət olduğunu bilməli və bu cür hərəkət
etməlisiniz. İlk başda nəyin nə şəkildə edilməsinə dair model yaradın,
dəstək verin və dəstəyinizi geri çəkib vaxtı bilinməyən anlarda yoxlama
aparın. Uşağınızı uğurlarına görə mükafatlandırın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!