Oğul anası üçün 9 qayda!

Oğul anası üçün 9 qayda!
Bir Ana - Bir Bala
10.09.2017 29
Bu qaydalar oğlunuzun etibarını həmişəlik qazanmağa imkan verəcək.



Heç vaxt oğlunuzu lağa qoymayın.

Kişi
üçün qadın tərəfindən ələ salınmaq həmişə sarsıntıdır, ana tərədindən
ələ salınma isə çox ağır və dərin sarsıntıdır. Nəyi lağa qoymağınız
əhəmiyyətli deyil: oğlunuzun şalvarı düz geyinməməsi, şəkili düz
çəkməməsi yaxud məktəbdə hansısa qıza məhəbbətini etiraf etməsi. Sizin
ələ salmağınız onun yaddaşına əbədilik həkk olunacaq!



Onun bütün suallarına həmişə cavab verin.

İstənilən
yaşda! "Böyüyəndə bilərsən” cavabı variant deyil. Həmişə bütün suallara
cavab verin. Cavabı bilmisinizsə, elə də deyin. Sonra öyrənin və deyin.
Pərt olursunuz? Uşağın sualı sizi qızarmağa məcbur etdi? Əla – indi siz
özünüzün daha bie çatışmayan cəhətinizi bildiniz. Öz komleksinizi
uşağın psixikasına yeritməyin. Əgər cavabı bilmirsinizsə, uşaqdan vaxt
istəyin. Uşaqlar, adətən, çox asanlıqla möhlət verirlər.



Qərar qəbul edərkən oğlunuzdan məsləhət alın.

Siz
ağlınıza belə gətirmisiniz ki, illərlə həll edə bilmədiyiniz problemin
öhdəsindən uşaq çox asanlıqla gələ bilər. Söhbət istənilən problemdən
gedir! Bu yolla uşaq kişi, dayaq olmağı və qərarlar qəbul etməyi
öyrənir. Siz isə ona etibar və ehtiramınızı nümayiş etdirirsiniz.



"Mən sənə demişdim, axı!” sözlərini unudun.

Həmişəlik.
Sizin uşaqla rəqabət aparmaq haqqınız yoxdur. Əgər siz haqlı idinizsə,
öz qələbənizə büruzə vermədən sevinin. Uşaq hər şeyi başa düşəcək.



Tərifləyin.

Heyran olduğunuzu göstərin. Nöqsan axtarmayın. Sizin oğlunuz hər şeyi əla bacarır. Böyüyəndə, özü-öz nöqsanlarını görəcək.



Onun bütün arzularına dəstək verin.

"Sualtı
arxeoloq olmaq istəyirəm” - əla! Mövzuya uyğun kitablar alın. İndi isə
"rəssam olmaq istəyirəm”. Yenə əla! Mövzuya uyğun kitablar alın. İndi
isə "mühəndis olmaq istəyirəm”... Sxem aydındır? Əla. İnanın, real
peşəsini uşaq 20 yaşına çatanda tapacaq.



Əgər uşaq ağlayırsa...

Deəli,
bəla baş verib. Sizin üçün kiçik, onun üçün nəhəng bəla. Onun üçün
istənilən bəla nəhəngdir. Uşaq dünyası çox balacadır, ona görə
böyüklərin kiçik saydığı problem uşaqlar üçün çox böyükdür. Əgər bəla
baş veribsə, onu mütləq sakitləşdirmək lazımdır. Uşaq heç vaxt problemə
görə ağlamamalıdır.



Ona nəsihət verməyin.

Burada şərhə ehtiyac yoxdur.



Siz həmişə onun tərəfindəsiniz.

Sözdə
və işdə. Siz heç vaxt müəllimlərin şikayətlərinə fikir vermirsiniz, heç
vaxt onun üstünə qışqırmırsınız. Hamının yanında olanda SİZİN OĞLUNUZ
DÜZ EDİB. SİZİN OĞLUNUZ HƏMİŞƏ DÜZGÜNDÜR!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!