Ana! Sənə bir şeylər deməyə çalışıram

Ana! Sənə bir şeylər deməyə çalışıram
Bir Ana - Bir Bala
10.09.2017 11
Körpələrin etdiyi sifətlər şirin olmaqla bərabər, sizə nəsə çatdırmaq istəyir.

 

Bütün
valideynlər bilir, qucağındakı körpə ağlayıb qışqıranda siz arzu
edirsiz ki, kaş dərdlərini söyləyə bilərdilər. Bəlkə körpələr doğurdan
sizə nəsə söyləmək istəyir, siz onları eşitmirsiniz?

 

Yeni
qeyri-adi kitab iddia edir ki, hər körpə kommunikasiya qurmaq üçün
işarələrdən istifadə edir. Hər valideyn asanlıqla öyrənə bilərki, bu
ağız büzmələr nə məna verir.

 

"Çiçək Metodu" kitabında psixoterapist və bədən dili eksperti Vivien Sabel iddia edir ki, hər körpənin aldığı üz ifadəsi elə izah oluna bilər ki, valideynlər uşağın ac, xoşbəxt, pis, narahat, hürkmüş, oynamaq və ya qucağa getmək istədiyini öyrənə bilsin.



Ağzını marçıldadırsa (yuxarıdakı),
körpə yemək barədə düşünməyə başlayır – dili sallanmış və dodaqların
ortasına yaxındır, ancaq onu bayıra çıxartmaq üzrədir.

 

Yeməyə hazırdır (aşağıdakı), onun baxışları anası üzərinə dikilib. Onlar dodaqlarını dili ilə birgə qabağa sıxır, bu "mən acam” mənasını verir.

Süd ver! (yuxarıdakı): Ağzı açıqdır, əllərini dodaqlarına yaxın tutur və dili bayıra çıxıb, bu o deməkdir ki, körpə doğrudan da acdır.



Hürkmüş (aşağıdakı):
 Yatmaq istəyir, amma sarılmağa ehtiyacı var. Dodaqlarının sallandığını
və göz qapaqlarının ağırlaşdığını görə bilərsiz.

Qorxub (yuxarıdakı):
Geniş açılmış gözlər sizə onun təəccübləndiyini deyir. Analar eyni
ifadəni etməlidirlər ki, körpə yalnız olmadığını hiss eləsin.

 

Yeni bez (aşağıdakı):
Bu da "sidik dili”. Bu cür dilin bayıra çıxması uşağın altının yaş
olduğunu deyir. Yenə, qadınlar eyni üz ifadəsini təkrarlamalıdırlar.

Qaneolmuş (yuxarıdakı): Məmnun baxışlardan və dodaqlarının yumşaq vəziyyətindən görə bilərsiz ki, onun qarnı doludur və qane olub.

 

Oynaq (aşağıdakı): Şölə saçan gülüşü və işıqlı gözləri ona işarə edir ki, o təmiz, tox və rahatdır və ana ilə oynaşmağa hazırdır.

 

Skeptiklər deyə bilər ki, müəllif Vivien açıq-aşkar bütün anaların bildiyi şeyləri deyir. Ancaq Vivien təkid edir - əgər onlar körpələrinin üz ifadələrinə fikir verib nümunə üçün not alsalar, ana və körpələr daha çox xeyir qazanacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!