Analara tövsiyə

Analara tövsiyə
Bir Ana - Bir Bala
10.09.2017 9
Uşaqları çarpayıda və ya manejdə çox saxlamayın, bu onların hərəkətini məhdudlaşdırır.



Bu zaman iməkləməkdən məhrum olan uşaq uzun müddət aktiv inkişafdan
qalır, əzələlərinin dözümlülüyü, sümük sistemi zəifləyir. İməkləmə çox
faydalı, bütün bədən əzələlərini möhkəmlədən vərdiş sayılır.

Vaxtından əvvəl uşağı bərkiməmiş ayaqlarının üstünə qoymayın. Gözləyin
ki, vaxtı gəlincə bunu özü etsin. Uşağın ayaqları üstə uzunmüddətli
dayanması pəncənin bərkiməmiş sümükləri üçün böyük yükləmədir.



Evdə uşaqların yumşaq başmaq geyinməsinə icazə verməyin. Uşaq
pəncəsinin xırda əzələlərinin yaxşı inkişaf etməsi üçün ayaqyalın və ya
corabda gəzdirin.



Uşaqlarda pəncənin deformasiyası (ayaq altının yastı olması) yalnız
pəncə qüsuru deyil. Bu bir çox uşaqlarda qamətin pozulmasına gətirib
çıxarır. Belə ki, ayaq altının yastı olması zamanı çanaq sümüyü və
onurğanın düzgün vəziyyəti pozulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!