Uşağınızı dodaqdan öpməyin!

Uşağınızı dodaqdan öpməyin!
Bir Ana - Bir Bala
10.09.2017 25
Uşaqları dodaqdan öpmək mənfi təsir yarada bilər.  

 

Mütəxəssislər
valideynlərə xəbərdarlıq edib. Onların sözlərinə görə, uşaqlıq dövründə
dodaqdan öpmək onların cinsi həyatına təsir edir.

 

Bəs, ana və ataların uşaqlarını dodağından öpməsi onların gələcəkdə hansı problemlər yaşamasına yol açır?

 

Uşaqlar
hesab edirlər ki, bir şey ya yaxşıdır, ya pisdir. Uşaq şüuraltı müsbət
duyğu yaşadıqda onu yaxşı kimi qəbul edir. Mənfi duyğu yaşadıqda isə
təbii olaraq onu pis hadisə kimi qəbul edir.  Ana və atanın övladının
dodağından sevgi ilə öpdükdə bu, uşağın xoşuna gəlir. Bu hadisəni
yaddaşında yaxşı kimi qeyd edir.

 

Uşaq
başqa adamların da dodağından öpməsinə etiraz etmir. Çünki uşaq düşünür
ki, ana və atasının hər hərəkəti doğrudur. Dodaqlar beyində ən çox
neyron sayına malik bölgələrdən biri olduğu üçün bu duyğunun daimi
olmasına da səbəb olur.

 

Uşaq
sonra böyüklərin onun dodağından öpməsini arzulaya, ya da onların bu
istəyinə müsbət cavab verə bilər. Bu vəziyyət təəssüf ki, uşağı
təcavüzdən müdafiəsiz hala gətirir.

 

Uşaq
əcnəbi şəxsləri ayırd edəcək yaşa gələndə də, bu davranışa etiraz
etməsi ehtimalı aşağı düşür, başqalarını dodaqdan öpməyə də meylli
olurlar.

 

Bu uşaqlarda cəmiyyətdə başqalarına, xüsusilə, yaşıdlarına qarşı əxlaqsız hərəkətlər etməsi də müşahidə edilə bilər.

Atanın qızını, ananın oğlunu dodaqdan öpməsi uşağın gələcəkdəki cinsi həyatına da mənfi istiqamətdə təsir göstərə bilər.

Atanın
oğlunu, ananın qızını dodağından öpməsi isə uşağın gələcəkdə həmcinsinə
aşiq olması yönümündə problemlərə səbəb ola bilər.

 

Bu cür uşaqların yetkinlik dövrlərində tez və sağlam olmayan cinsi münasibətlərə məruz qalması da müşahidə edilə bilər.

 

Odur ki, sevgi və qayğınızı uşaqların dodaqlarından deyil, yanaqların öpməklə nümayiş edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!