Uşaq gördüyünü götürür, eşitdiyini yox

Uşaq gördüyünü götürür, eşitdiyini yox
Bir Ana - Bir Bala
10.09.2017 32
Uşaq
gördüyünü götürür, eşitdiyini yox. Ona görə də, ona bir şeyi tövsiyə
edəndə gərək əvvəlcə oturub düşünəsən ki, o dediyin şey sənin özündə
var, yoxsa yox. Əgər yoxsa, əlbəttə deyilən sözün də bir təsiri
olmayacaq, üstəlik də üzünüzə vurmasa belə, uşaq ürəyində sizin səmimi
olmadığınızı düşünəcək. 



Tərbiyənin
yolu sözdən əvvəl, əməldən, başqa sözlə, örnək olmaqdan keçir. Əgər
ailədə böyüyən uşağı düzgün tərbiyə etmək istəyirsinizsə, bunu, ilk
növbədə, öz üzərinizdə tətbiq etməklə başlamalısınız.



Usagınızın
təkəbbürlü olmasını istəmirsiniz, istəyirsiniz ki, təvazökar olsun, öz
səhvində inad etməsin, yəni "Mən nə deyirəmsə, odur" deməsin. Bunun
üçün, ilk növbədə, özünüz təvazökar olmalısınız. Ailə içində bir
qüsurunuz olubsa, tutaq ki, verdiyiniz bir sözü yerinə yetirə
bilməmisinizsə, üzr istəməyi bacarmalısınız. Uşaq görməlidir ki, atası,
ya anası öz övladından üzr istəyə bilir. Əmin olun ki, bu sizə heç də
əskiklik gətirməyəcək. Əksinə, çox böyük qazancınız olacaq. Usagınız
sizin dürüst, ədalətli olduğunuza inanacaq və heç özü də bilmədən o
keyfiyyəti sizdən əxz edəcək.



İnsan
gördüyü yaxşılığın qədrini biləndə, qarşı tərəfə təşəkkür edəndə və ya
səhvi üçün üzr istəməyi bacaranda böyük olur. Yəni, usagınız təşəkkür
etməyi də, üzr istəməyi də elə öz doğmalarından (indiki halda sizdən)
öyrənməlidir. Məsələn, süfrə başında əliniz çatmadığı üçün yoldaşınızdan
duz qabını sizə verməyi xahis edirsiniz və əvəzində təşəkkür edirsiniz.
Əmin olun ki, sizin bu davranışınız sizinlə süfrə başında oturan
uşağınızın zehninə, şüuruna yeriyəcək və yeri gələndə o da eyni şeyi
təkrarlayacaq.



Məsələ
təkcə bununla da bitmir. Səhər evdən çixanda sağollaşmaq, axşam evə
dönəndə salamlaşmaq da tərbiyə üçün çox mühüm amillərdir. Uşaq
anlamalıdır ki, ailə müqəddəs ocaqdır və burada sevgi, səmimiyyət həmişə
öndə olmalıdır.



Başqa
bir məqama toxunmaq istəyirik. Ola bilsin ki, sizin çöldə-bayırda, işdə
bəzi yersiz, daha doğrusu, xoşagəlməz vərdişləriniz var. Eyni şeyləri
evdə də təkrarlamaq verəcəyiniz tərbiyənin, deyəcəyiniz sözün təsirini
azaldar və bir çox hallarda isə uşağın təsəvvüründəki ata, ana obrazını
alt-üst edər. Bu yolla siz əslində uşağınızı gələcək ailə həyatına
hazırlamış olarsınız.



Unutmayaq
ki, uşaq tərbiyəsi hər bir valideynin ən böyük arzusudur. Çünki düzgün
tərbiyə almamış uşaq sonradan valideyn üçün min cür problemə, ağrıya,
dərdə çevrilir. Tərbiyə məsələsi isə bir çox hallarda bizim kiçik, adi
hesab etdiyimiz məsələlərdən keçir. Ona görə də, bu işdə ciddi, tələbkar
(hər şeydən əvvəl özünüzə qarşı) və davamlı olmaq şərtdir. Allah
köməyiniz olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!