Altı yaşlı uşağın çantası 3 kiloqramdan çox olmamalıdır

Altı yaşlı uşağın çantası 3 kiloqramdan çox olmamalıdır
Bir Ana - Bir Bala
10.09.2017 16
Azərbaycan
Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru, əməkdar
elm xadimi, ATU-nun I uşaq xəstəlikləri kafedrasının professoru Surxay
Musayev məktəbli uşaqların və onların valideynlərinin üzləşdiyi
problemlərə toxunur.

Professor
qeyd edir ki, uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin
daim diqqət mərkəzindədir. Bu istiqamətdə onlarla qanun və qərar qəbul
olunmuş, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2013 və 2014-cü
illərdə iki çox önəmli sənəd-"Uşaqların icbari dispanserizasiyası
haqqında” Azərbaycan Respublikasının Qanunu, "Ana və uşaqların
sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət
Proqramı” təsdiq olunub.

Bütövlükdə
səhiyyə ilə bağlı qəbul edilmiş 10-dan çox Dövlət Proqramının hamısında
uşaqların sağlamlıq problemlərinə xüsusi yer ayrılmış, 2009-cu il "Uşaq
ili” elan olunmuşdur. Səhiyyə Nazirliyinin apardığı ardıcıl və
məqsədyönlü işlər nəticəsində uşaq sağlamlığı ilə bağlı bir çox
nailiyyətlər əldə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, "Uşaqların
icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya
nəticəsində 1957174 uşaq müayinə olunub və 657096 (33,6%) uşaqda
xəstəlik aşkarlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəliklər
daha çox 6-17 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik
aşkarlanmış uşaqların 162876 nəfəri 5 yaşa qədər, 446790 (68%) nəfəri
isə məktəbyaşlı uşaqlar (6-17 yaş) olub.

Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar”
2012 və 2014-cü il rəsmi statistik məcmuələrinə istinadən, 2007- 2013-cü
illəri əhatə edən bir dövr ərzində uşaqlar arasında bir sıra
xəstəliklərin artması müşahidə olunub. Belə ki, əgər 2007-ci ildə hər
10.000 nəfər 17 yaşınadək uşaqda sinir sisteminin xəstəliklərinə 136,4
hallarda rast gəlinirdisə, 2013-cü ildə bu göstərici artaraq 183,8-ə
çatmışdır.

Həmin müddət ərzində uşaqlarda göz xəstəlikləri 112,7-dən 156,3-ə,
tənəffüs orqanlarının xəstəlikləri 2222,6-dan 2732,6-ya, həzm sistemi
xəstəlikləri 267,1-dən 386,1-ə, sümük-əzələ sistemi xəstəlikləri
34,3-dən 43,4-ə, qan dövranı xəstəlikləri 70,7-dən 95,4-ə qədər
artmışdır.

Ümumiyyətlə,
uşaqlarda xroniki xəstəliklərin ilk artma tempi 7-10 yaşlarına təsadüf
edir. Xəstəliklərin yaranmasında irsi, ətraf mühit, ekoloji, sosial,
tərbiyə və digər amillərin də rolu var.

Mütəxəssis
qeyd edir ki, 6 yaşında uşağın çəkisi 18-24 kq arası olmalıdır. Bu
yaşda orta normal çəki 20 kq hesab olunur. Həmin çəkiyə malik uşağın
daşıyacağı çanta 2, ən yuxarısı 3 kq olmalıdır. Bundan artıq uşağı
yükləmək olmaz. Yuxarı siniflərdə də çantanın ağırlığı maksimum 5 kq
olmalıdır. İstənilən yaşda olan şagirdlər hər iki çiyinə taxılan
çantalardan istifadə etməlidirlər. Ən uyğunu iki çiyinə taxılan
("rukzak”) çantalardır.

Çantanın
eni uşağın çiyinlərinin eni ilə təxminən eyni olmalıdır. Bir çiynə
taxılan çantalar uşaqlarda çiyin, boyun, qamət əyriliyinə, skoliozun
inkişafına səbəb olur. Çanta alarkən onun ortopedik olmasına diqqət
yetirilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!