Uşaqlarda göbələk xəstəlikləri və onların profilaktikası

Uşaqlarda göbələk xəstəlikləri və onların profilaktikası
Bir Ana - Bir Bala
10.09.2017 21
Kif
(kif göbələklər) insan orqanizmi üçün çox qorxulu hesab edilir. Bu,
çörək, pendir, mürəbbə və digər məhsullarda inkişaf edən, hamıya məlum
olan kifdir. Kif göbələkləri inkişaf etdikləri mühitdən qida maddələrini alaraq, əvəzində onlara öz zəhərli maddələrini verirlər.

Bu zəhərlər çox toksik təsirə malik olub hətta qidanı qaynatdıqda və qızdırıldıqda da parçalanmırlar. Qaraciyərdə
toplanan kif göbələklərinin zəhərləri onun zədələnməsinə, böyrək
xəstəliklərinin baş verməsinə və hətta gen mutasiyalarına da səbəb ola
bilərlər. Məhz buna görə heç bir halda, hətta az da olsa kiflənmiş
qidaları qəbul etməyin (xüsusən də uşaqlarınıza verməyin!).

Kif
nəinki qidalarda, həmçinin otaqlarda (divarlarda), vanna otaqlarında və
s. yerlərdə də olarkən çox təhlükəli hesab edilirlər. Kif göbələkləri
allergiyaya meylli uşaqlarda ağır allergik reaksiyalara, həmçinin
dərinin, tənəffüs yolları və bağırsaqların selikli qişasının
zədələnmələrinə də səbəb ola bilər.

Müəyyən şəraitdə insan orqanizmi üçün zərərli ola bilən daha bir göbələk növü kandidalar hesab edilir.

Bir
çox hallarda insanların mütləq əksəriyyəti, özləri də hiss etmədən bu
göbələyin daşıyıcıları olurlar (göbələk ağız boşlugu və bağırsaqların
selikli qişasında yaşayır). Nə qədər ki, insanın immun sistemi möhkəm
olur, bu göbələklər özünü heç cür büruzə vermir. Müxtəlif
xəstəliklərdən, dərman qəbullarından (məsələn, antibiotiklər və s.)
sonra insanın immun sistemi bir qədər zəifləyən kimi, bu göbələklər tez
bir zamanda aktivləşərək özünü göstərir - kandidoz adlı infeksion prosesin inkişaf etməsinə səbəb olurlar.

Kandidoz
ilkin olaraq körpə həyatının ilk həftəsində özünü "süd yarası”- (ağızın
selikli qişasının kandidozu) şəklində büruzə verir. Bu zaman
damaqlarda, yanaqların içəri səthində, dildə, dəridə ağ ərplər əmələ
gəlir. Uşaq həyatının 1-ci ayının sonuna yaxın bu kandidoz, adətən,
(əksər hallarda heç bir müalicə aparılmadan) keçib gedir. Yarımçıq
doğulmuş, tez-tez xəstələnən, antibiotiklərin qəbul edilməsi nəticəsində
zəifləmiş uşaqlarda süd yarası uzun sürüb aylarla davam edərək
müalicəyə tabe olmaya bilər. Uşaqda
süd yarasının müalicəsi effekt verməzsə və ya müalicədən bir müddət
sonra yenə və yenə də təkrarlanarsa, bu onun immun sisteminin zəif
olduğunu və ya immun sistemində hansısa pozğunluqların olduğunu
göstərir. Bu zaman həkim-mikoloq (göbələk xəstəlikləri üzrə mütəxəssis)
və immunoloq (immun sistemi xəstəlikləri üzrə mütəxəssis) ilə
məsləhətləşmək lazımdır.

Kandida
göbələkləri ağız boşluğundan savayı, insanın bağırsaqlarında da məskən
salırlar. Müəyyən şəraitdə (immunitetin zəifləməsi) onlar bağırsaqlarda
inkişaf edərək qəbizliyə səbəb ola bilərlər. Kandida göbələkləri
həmçinin sidik yollarını da zədələyərək uşaqlarda sidik ifrazı zamanı
narahatçılıq və ağrı verə bilərlər.

Göbələklər
bir çox hallarda başın tüklü hissəsini, ayaqların dərisini, dırnaqları
da zədələyə bilər. Uşağınızda belə zədələnmə əlamətlərinə rast gəlmiş
olsanız mütləq həkimə müraciət edin.

Uşaqlarda
göbələk xəstəliklərinin müalicəsi orqanizmə həm yerli (müxtəlif
antimikotik məlhəm və kremlərlə), həm də ümumi təsir göstərməklə
(həblər, inyeksiyalar, şamlar) aparılır.

Bir
çox xəstəliklərdə olduğu kimi, uşaqlarda göbələk xəstəliklərinin əsas
profilaktikası immun sisteminin möhkəmləndirilməsindən ibarətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!