Uşaqlarda köpün qarşısını almağın 6 yolu

Uşaqlarda köpün qarşısını almağın 6 yolu
Bir Ana - Bir Bala
10.09.2017 57
Köp nədir?

Cinsindən və irqindən asılı olmayaraq istənilən uşaq (bütün dünyada
uşaqların 30%-i) köpdən əziyyət çəkə bilər. Bu problem uşağın 2-3
həftəliyində başlayır, 3, bəzən 4 ayına qədər davam edir. Köpün səbəbi
çoxdur, həkimlər 50 ildir cavab axtarır, dəqiq bir şey demirlər. Əsas
ehtimallar bunlardır:

bağırsağın hərəkətini tənzimləyən sinir sisteminin tam inkişaf etməməsi,

düzgün qidalanmaması (bəzən üstəlik siqaret çəkməsi),

uşağın yaxşı əmməməsi

Nəticədə uşaq qazını çıxara bilmir və dayanmadan ağlamağa başlayır.

 

Köpün qarşısını almağın 6 yolu

1.
Çağaların həzm sistemi bəzi qida məhsullarını mənimsəyə bilmir (bir
yaşa qədər körpələrin 15%-i hər-hansı qidaya həssas olur). Ona görə də
ana bəzi şeyləri ehtiyatla, az-az yeməlidir. Uşaqlarda köp əmələ gətirən
ərzaq məhsulları bunlardır: kələm, quru lobya, noxud, limon, portağal,
qreypfrut, badımcan, kartof, isti çörək, qoyun əti, qazlı sular.

2. Uşaq düzgün əmməyəndə, döşü tam
tutmayanda, ya da sürətlə əməndə çoxlu hava udur. Əmizdirərkən uşağı
düzgün tutduğunuzdan əmin olun. Yedirdəndən sonra uşağı dik tutun ki,
əlavə qazı çıxara bilsin.

3. Ananın südü yoxdursa və uşaq əlavə qida alırsa, səbəb həmin qida
məhsulu ola bilər. Həkiminizlə danışın, lazımdırsa başqa qidaya keçin.

4. Vanna (sancıların artdığı axşam saatlarında daha yaxşı olar), bəzən avtomobildə gəzinti uşağı xeyli sakitləşdirir.

5. Əmziyin əleyhinə deyilsinizsə, köpdən çox əziyyət çəkən uşağı əmziklə sakitləşdirmək olar.

6. Köpün qarşısını almaq üçün dərmanlar
da var, ancaq bəzi dərmanların əlavə təsiri olduğu üçün mütləq həkimdən
məsləhət alın. Analarımız nanə, yaxud şüyüd suyunu məsləhət görürlər.

Köpün qarşısını heç nəylə ala bilmirsinizsə, sakit olun. Təşvişə
düşməmək çox vacibdir. Unutmayın ki, köp xəstəlik deyil, bunun uşağa
xüsusi zərəri yoxdur və uzağı 3 aya keçib gedəcək. Uşaq qucağınızda
hərəkət edin, gəzin, mahnı oxuyun. Bəzən davamlı səs, məsələn, fenin
səsi uşağı sakitləşdirir.



Uşağın məhz köpdən əziyyət çəkdiyini necə bilmək olar?


Köp sancıları adətən günün ikinci yarısında, axşamlar başlayır. Ağrı çox olanda uşaq bütün gün ağlaya bilər

Uşaq ağlayanda ayaqlarını şişib bərkimiş qarnına yığır

 

Ağladıca qaz buraxır

Uşaq müntəzəm şəkildə ağlayır, çünki sancılar müntəzəm olur

Uşaq çox narahatdırsa, əlbəttə,
həkimlə məsləhətləşin, bəlkə səbəb heç köp deyil, bəlkə uşaq qulaq
ağrısından, sidik yolu infeksiyasından və ya başqa bir şeydən əziyyət
çəkir? Sual vermək həmişə işin xeyrinədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!