Süd verən ana nə yeməlidir? Nəyi yeməməli?

Süd verən ana nə yeməlidir? Nəyi yeməməli?
Bir Ana - Bir Bala
10.09.2017 42
"Hamiləlik bitdi!” deyib, hər istədiyinizi geyinə bilərsiniz, amma yemək
məsələsində indi daha diqqətli olmalısınız. Süd verən ana daha yaxşı
qidalanmalı, daha müxtəlif, daha keyfiyyətli, təbii (!) məhsullardan
istifadə etməlidir.

 

Hansı məhsullar zərərli ola bilər?


Hisə verilmiş, konservləşdirilmiş məhsulları yemək qadağandır. Məsələ
burasındadır ki, ananın yedikləri daxili mexanizm sayəsində südə
çevrilir, daha doğrusu qana keçir və süd qan və limfanın tərkibi
əsasında əmələ gəlir. Ancaq yeməyin tərkibindəki kimyəvi maddələr südə
keçərkən dəyişmir. Məhz bu səbəbdən analara konservləşdirilmiş qida
məhsullarından uzaq durmaq məsləhət görülür.

• Elə ərzaq növləri var ki, onlar bəzi uşaqlara əziyyət verə bilər.
Məsələn, kələm, paxlalı bitkilər, sitrus bitkiləri, moruq, üzüm, yemiş,
xiyar, bibər, kofe, kakao, şokolad, qoz, yumurta, bəzən hətta toyuq,
balıq əti yeyən ana körpəsində dəyişiklik olduğunu, məsələn, köp əmələ
gəldiyini, ya uşağın narahat yatdığını, yaxud boyun-boğazının
səpdiyini, qızardığını görə bilər. Uşaqda dəyişiklik olanda həkimə
müraciət edin, müəyyən müddət, lazımdırsa 1 ay pəhriz saxlayın.

• Ailədə kiminsə nəyəsə allergiyası varsa, ehtiyatlı olun, uşaq
yaxınlarına oxşaya bilər. Məsələn, moruğa allergiyası olan varsa, uşaq
da moruq yemiş ananın südünə reaksiya verər.



Az yeyək, hər şey yeyək!

Siz hamiləlik dövründə
olduğu kimi süd dövründə də hansısa yeməyə üstünlük verə bilərsiniz.
Bu, təbiidir, ancaq balanızın müxtəlif vitaminlərlə təmin olunması üçün
keyfiyyətli məhsullardan imtina etməyin. Ümumiyyətlə, süd verən ana
ehtiyatlı olmalı, əvvəl—uşağın məhsullara reaksiyasını bilənə qədər hər
şeydən az-az yeməlidir. Bir müddətdən sonra siz uşağınızın sevmədiyi
qida məhsullarını müəyyən edəcəksiniz (belə məhsulların sayı adətən çox
az—1-2 olur). Ancaq bu məhsulları menyudan çıxarmayın! Həkimlər uşağı
bütün məhsullara elə süd dövründə alışdırmağı məsləhət görürlər.

Unutmayın ki, hər uşağın,
eləcə də ananın orqanizmi müxtəlifdir. Ola bilər ki, başqa qadınların
çəkinmədən istifadə etdiyi, məsələn, tərəvəzi hansısa ana həzm edə
bilmir, nəticədə uşaq narahat olur. Yaxud bir uşağınızı narahat etmiş
qida, ikinciyə təsir etməyə bilər.

Bəzən yediyiniz şeylər südün dadına, qoxusuna kəskin təsir edir.
Məsələn, həddən artıq soğan, sarımsaq yeyən ananın uşağı çox vaxt süddən
imtina edir. Ancaq elə uşaqlar var ki, belə südü daha həvəslə əmirlər.

Uşaqda dəyişikliyi həmişə südlə bağlamayın. Bəzən havada dəyişiklik,
evdəki mühit uşağa təsir edir. "Günahkarın” ərzaq məhsulu
olub-olmadığını bilmək üçün bir aydan sonra yenə həmin məhsuldan, ancaq
az miqdarda istifadə edin. Uşaq narahat deyilsə, problem olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!