Çağanın yuxu cədvəli - Gecəylə gündüzü ayıraq

Çağanın yuxu cədvəli - Gecəylə gündüzü ayıraq
Bir Ana - Bir Bala
10.09.2017 9
Təzə doğulan uşaq günün yarıdan çoxunu yatır!
Birinci ayın sonunda uşaqlar adətən sutkada 16-18 saat yatırlar.
Problem odur ki, uşaqlar istənilən saatda, hətta gecə də oyanırlar
Çağanın tez-tez oyanması normaldır və siz ona cəld—30 saniyə ərzində
reaksiya verməlisiniz.



Yuxu cədvəli uşağın da, sizin də rahatlığınızı təmin edər. Təzə doğulan uşağın yuxu cədvəli təxminən belədir:







Gecəylə gündüzü ayırın.


İlk həftələrdə bu mümkün olmur. Amma siz balanızı yavaş-yavaş öyrədə
bilərsiniz. Uşaq gündüz saatlarında çox yatırsa, otağı işıqlı saxlayın,
pərdəni kənara çəkin, ya işıqları yandırın. Televizorun səsini almayın
(amma normadan yuxarı qaldırmağa da ehtiyac yoxdur!) Yedirdəndən, altını
dəyişəndən sonra balanızı maraqlandırmağa çalışın. Onunla söhbət edin,
onun əl-qolunu oynadın, oyuncaqlar göstərin.

Gecələr, əksinə, körpəniz yatmaq istəməsə belə, işıqları söndürün, ya
zəiflədin. Uşağı yedirdəndə də, altını dəyişəndə də sakit və yavaş
olun. Çalışın onunla danışmayasınız. Bir azdan görəcəksiniz ki, balanız
gecələr daha çox yatır.

 

Uşağın rahat yatması üçün bir neçə şeyi bilməliyik:

1. Otağın temperaturu normal—20-22 dərəcə olmalıdır.
İsti olanda uşaq yata bilmir. Temperatur 24 dərəcədirsə, körpənin
üstünə bir döşəkağı atsanız kifayətdir (sinəsinə qədər çəkin).
Temperatur 21 dərəcə olsa, döşəkağına ədyal salın. Otağın temperaturu 18
dərəcədirsə, yorğana ehtiyac var. (1 yaşına çatmamış uşağın üstünə yun
yorğan və ya yun ədyal salmaq məsləhət deyil.) Soyuqdan qorunmaq üçün
uşağı bərk bələməyə ehtiyac yoxdur. Uşağın əl-ayağı sərin olsa belə,
qarnı istidirsə, soyuqdan qorxmağa dəyməz.

2. Uşaq tox olmalıdır.
Yatmalı olduğu saatlarda onu yedirdin. Bəzən uşaq yeyəndən sonra da
narahat olur. Bəlkə böyüyüb, daha çox yemək istəyir?

3. Uşağın yeri rahat olmalıdır. O çox yumşaq yerdə
yatmamalıdır. Uşağı balıncın üstündə, yumşaq tük doldurulmuş döşəkdə,
içi doldurulmuş heyvan dərisi üzərində uzatmaq olmaz! Uşaq döşəyi bərk
olmalıdır. Bir yaşa qədər uşağın başının altına balınc qoymayın. Döşəyin
bir hissəsini azca qaldıra bilərsiniz.

4. Uşağın əyni rahat
olmalıdır. Onu az bələyin. Çalışın başı açıq qalsın (Otağın temperaturu
normaldırsa, baş örtüyünə ehtiyac yoxdur)

Yatmalı olduğu saatlarda uşağı çimdirmək, mahnı oxumaq, yüngül sığal, masaj da rahat yuxulamasına səbəb olar.

Siz balanıza öyrəşdikcə onun nə vaxt və niyə oyandığını, yuxusuzluğunun səbəbini,
nə vaxt yatmaq istədiyini biləcəksiniz. Hər bir uşaq özünəməxsusdur.
Bəziləri yatmaq istəyəndə vurnuxmağa başlayır, yaxud gözlərini
ovxalayır, ya öz qulağını dartır, bəziləri gözlərini boşluğa zilləyir,
ya da ağlayır.

Balanızın yatmaq istədiyini bilən kimi qoyun yatsın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!