Çağaya su versək

Çağaya su versək
Bir Ana - Bir Bala
10.09.2017 19
Su orqanizmin ən vacib tərkib hissəsidir.
Bütün
maddələr mübadiləsi suyun iştirakıyla baş tutur. Insan böyüdükcə
bədəndə suyun miqdarı dəyişir. Adam nə qədər balacadırsa, suyun nisbəti
bir o qədər çox olur. Yeni doğulan uşaqda su orqanizmin 80%-ni, bir
yaşlı körpədə 66%, böyük adamda 60%-ni təşkil edir. Elə buna görə də
analara "çağaya su vermək olmaz” deyəndə təəccüblənirlər:



Necə yəni uşağa su verməyək? Adam susuz necə yaşaya bilər?

Haqlısınız, adam susuz yaşaya bilməz! Amma istədiyinizdən artıq su içə bilərsinizmi?


Məsələ burasındadır ki, siz versəniz də, verməsəniz də, çağa su içir.
Çünki ana südünün (eləcə də ana südünə yaxın olan uşaq qidalarının)
90%-i sudur.

Dünya Səhiyyə Təşkilatı,
Amerika Pediatrlar Akademiyası və bir çox başqa etibarlı təşkilatlar 6
ayı tamam olana qədər uşağa su verilməsinin qəti əlehinədirlər. Amerika
Pediatrlar Akademiyası bəyan edir: "Bərk məhsulla qidalanmaq dövrünə
qədər uşaqlar onlara lazım olan suyu ana südündən, ya da ana südünə
yaxın olan uşaq qida məhsulundan alırlar”. "Həkim göstərişi olmadan
südəmər çağaya əlavə şeylər (su, şirin su, hansısa uşaq qidası və başqa
maye) verilməməlidir… Hətta isti iqlim şəraitində 6 ayı tamam olmayan
körpəyə su və şirə vacib deyil və su allergiyaya, yaxud zəhərlənməyə
səbəb ola bilər.”

Bəzi mənbələr qəbizlik zamanı çağanın adi suya ehtiyacı ola
biləcəyini yazır, amma yenə də 6 ay tamam olmayıbsa, əvvəl həkimlə
danışmağı məsləhət görürlər.

6 ayı tamam olmayan çağaya su verməyin bir neçə ziyanı müəyyən olunub.

• Su içən uşaq özünü doymuş hiss edir, yeməli olduğu qədər yemir, süddəki kalorilərlə kifayət qədər qidalanmır, çəkisini itirir

• Su verəndən sonra uşaq döşü əvvəlki qədər istəməz, nəticədə ananın südü vaxtından əvvəl azala bilər

• Su əlavələri sarılıqlı çağaya mənfi təsir edir

• Həddən artıq su çağada "hiper hidrotasiyaya”–su ilə zəhərlənməyə
səbəb olar. Çox su içəndə orqanizmdə su-duz balansı, maddələr mübadiləsi
pozulur. Orqanizm ana südünün (yaxud ana südünə yaxın qida məhsulunun)
tərkibindəki lazımlı maddələri mənimsəyə bilmir. Bu hala az rast
gəlinib, amma su ilə zəhərlənmə uşağı komaya da sala bilər.

 

Niyə əvvəllər çağaya su verilirdi, indi "olmaz” deyirlər?

Bütün sahələrdə olduğu kimi tibbin də səriştəsi artır. Araşdırmalar
hansısa təcrübənin mənfi, ya da müsbət nəticələrini sübut edəndən sonra
yeni nəslə yeni məsləhətlər verməyə məcbur olurlar. Məsələn, əvvəllər
qərbdə çağanı üzü üstə yatırardılar, yaxın keçmişdə müəyyən olundu ki,
bu, uşaqlarda qəfil ölümün səbəblərindən biridir. Çağaları arxası üstə
yatırandan sonra qəfil uşaq ölümü halları dəfələrlə azaldı.



Bəs uşağa nə vaxt su verə bilərik?

Körpənizin 6 ayı tamam olandan sonra onun orqanizmi əlavə qida tələb
edir. Yeni ərzaq məhsulları istifadə etməyə başlayanda uşağın menyusuna
bir neçə qurtum su əlavə edə bilərsiniz.

Suya şəkər qatmayın. Bununla körpəni şəkərə aludəçilikdən, gələcəkdə-dişləri çıxanda kariesdən qorumuş olarsız.

Suya lap az çay əlavə etmək (rəngini azacıq dəyişmək) olar.

Körpəyə hansısa otlardan hazırlanmış çayları verməzdən əvvəl mütləq həkimə müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!