Uşaq xəstəlikləri - Peyvəndlər

Uşaq xəstəlikləri - Peyvəndlər
Bir Ana - Bir Bala
10.09.2017 8
Uşaqların ən çox yoluxa biləcəyi xəstəliklər və onlara qarşı peyvəndlərin siyahısı
İnfeksion
xəstəliklərə qarşı peyvəndlər son illər bütün dünyada uşaq ölümünü
kəskin azaldıb. Hər bir ölkə ərazisində yayılan infeksiyalara qarşı
xüsusi peyvənd təqvimi tərtib edir. Azərbaycanın milli peyvənd təqviminə uyğun olaraq uşağa ilk peyvənd doğulan kimi vurulmalıdır.

Azərbaycanda uşaqların ən çox yoluxa biləcəyi xəstəliklər və onlara qarşı peyvəndlərin siyahısı ilə tanış olaq.

Qızılca kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. İnfeksiya mənbəyi xəstə insandır. Xəstəliyin əlamətləri-
bədən hərarətinin yüksəlməsi, zökəm, gözün selikli qişasının iltihabı,
işıqdan qorxma, mərhələli səpkilərin əmələ gəlməsi və s. Vaxtında həkimə
müraciət edilmədikdə xəstələrdə ağırlaşmalar baş verir.

Məxmərək yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Xəstəliyin əlamətləri-
ümumi zəiflik, normadan bir qədər yuxarı qızdırma, başağrısı,
boyunarxası limfa düyünlərinin böyüməsi, səpkilərin əmələ gəlməsi və s.
Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar baş verir. Hamilə qadının məxmərəyə tutulması hamiləliyin pozulması ilə nəticələnə bilir.

Epidemik parotit yoluxucu xəstəlikdir. Xəstəliyin
əlaməti qulaqdibi tüpürcək vəzilərinin şişkinliyidir. Epidemik parotit
xəstəliyi nadir, lakin ciddi ağırlaşmalara səbəb ola bilər.

Qızılcanın,
epidemik parotitin və məxmərəyin əleyhinə peyvənd bu xəstəliklərin
profilaktikasının ən uğurlu üsuludur. Uşaqları QMP əleyhinə vaksinlə
peyvənd etmək lazımdır. Bu peyvəndin 1-ci dozası uşaqlara 12 aylığında,
2-ci dozası isə 6 yaşında vurulur (milli peyvənd təqviminə uyğun
olaraq).



Difteriya
hava-damcı yolu ilə yayılır. Xəstəliyin infeksiya mənbəyi xəstələr və
yoluxucu bakteriyalardır. Boğaz ağrısı, boğazda qızartı, iştəhasızlıq,
hərarətin bir qədər yüksəlməsi, 2-3 gün udlaq və badamcıqların üzərində
boz rəngli ərpin əmələ gəlməsi, boyun limfa vəzilərinin bir qədər
böyüməsi, boyun nahiyəsinin şişməsi, burundan serroz-qanlı möhtəviyyatın
ifraz olunması xəstəliyin əlamətləridir.

Göyöskürək tənəffüs yolunun yoluxucu xəstəliyidir.
Hava-damcı yolu ilə yayılır. Belə xəstəliklərdə 4-8 həftə davam edən
"hürücü” öskürək müşahidə edilir. Xəstəlik 1 yaşa qədər olan uşaqlar
üçün təhlükəlidir. Uşaqda soyuqdəymə əlamətləri ilə müşahidə olunur,
tədricən isə davamlı öskürək tutmaları ilə başlayır.

Tetanus xəstəliyini
törədən bakteriyalardır. Tetanus insandan insana keçmir. İnsan tetanusa
yara və yaxud kəsik səthinə torpaq zərrələrinin daxil olduğu zaman
yoluxa bilər. Çeynəmə əzələlərinin qıcolması tetanusun xarakterik
əlamətlərindən biridir. Qıcolmalar sonradan boyun əzələlərinə keçir və
udqunmanı çətinləşdirir. Ölüm halları daha çox azyaşlı uşaqlar və
yaşlılar arasında qeydə alınır.

Hib infeksiya (B tipli hemofil çöplərin törətdiyi
xəstəliklər) insandan insana hava-damcı yolu ilə keçir. Uşaqlar arasında
yayılan bu xəstəliklərin 90%-dən çoxu təhlükəli infeksion
xəstəliklərdir (pnevmoniya, sepsis, epiqlotit, septiki artrit, absess və
s). Xəstəlik əsasən 2 yaşa qədər olan uşaqlar arasında qeydə alınır.

Hepatit B xəstəliyinin törədicisi hepatit virusudur.
Bu infeksiya qaraciyəri zədələyir, kəskin və xronik hepatiti törədir.
Daha ağır hallarda sirroz və qaraciyər şişləri yaranır. Bu infeksiya
qeyri-steril infeksiya və ya əməliyyyat zamanı, yoxlanılmamış qanköçürmə
ilə yoluxa bilər. Uşaqda bu infeksiya əlamətsiz keçir, yoluxmuş uşaqlar
daha çox xroniki daşıyıcı olur.

Difteriya,
göyöskürək, tetanus, Hib infeksiya və hepatit B-dən qorunmanın ən
effektv üsulu vaksinasiyadır. Hepatit B əleyhinə HepB vaksinin ilk
dozası yenidoğulmuşlara doğuşdan sonra 12 saat ərzində vurulmalıdır.
Daha sonra uşaqlar difteriya, göyöskürək, tetanus, Hip infeksiya və
hepatit B-yə qarşı 1 yaşına qədər kombinə olunmuş beşkomponentli GDT Hip
HepB vaksini ilə 3 dəfə, 2 yaşına qədər yalnız GDTvaksini ilə 1 dəfə, 6
yaşında yalnız DT vaksini ilə 1 dəfə peyvənd olunmalıdır.

Vərəm hava-damcı yolu ilə yayılır. Bu xəstəlik
ağciyərləri, bəzən isə sümük, beyin, dəri kimi orqanları zədələyir.
Ümumi halsızlıq, hərarət, yüksək dərəcədə tərləmə, çəkinin itirilməsi
vərəmin əlamətləridir. Ağciyər vərəmi olan xəstədə daima öskürək, bəzən
qanhayxırma və döş nahiyəsində ağrılar müşahidə olunur.

Vərəm infeksiyasının qarşısını almaq məqsədilə bütün yeni doğulan uşaqlara 4-7 günlükdə BCG vaksini ilə peyvənd olunmalıdır.

Poliomielit sinir sistemini zədələyən, əzələlərin
iflicinə gətirib çıxaran və hətta ölümlə nəticələnə bilən yoluxucu
xəstəlikdir. 15 yaşa qədər olan uşaqlar və nadir hallarda böyüklər
yoluxa bilərlər. Ən çox 5 yaşadək olan uşaqlar yoluxur. Hərarətin
yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları xəstəliyin
əsas əlamətləridir.

Poliomielit
təhlükəsinin qarşını almaq üçün uşaqlar diri oral poliomielit vaksini
ilə peyvənd edilməlidir. Vaksin məhlul şəklində pipetlə uşağın ağız
boşluğuna damızdırılır. Peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2, 3, 4
və 18 aylığında edilir. Hər bir uşaq 2 yaşınadək mütləq bu vaksinin 5
dozasını almalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!