İstidə uşaqları hansı xəstəliklərdən qoruyaq?

İstidə uşaqları hansı xəstəliklərdən qoruyaq?
Bir Ana - Bir Bala
10.09.2017 14
Kəskin respirator virus infeksiyaları—qriplər, bronxit, müxtəlif mənşəli
anginalar, xüsusilə mədə bağırsaq xəstəlikləri yayda ən çox yayılan
xəstəliklərdir.
Süd məhsulları ilə ehtiyatlı olmaq vacibdir.



Suallarımıza 35 illik təcrübəsi olan pediatr-infeksionist Nərgiz Alışova cavab verir.

–Yayda uşaq qidasına aid olan südlü məhsullarda– sıyıq və ya
dondurmalarda, kremli şirniyyatlarda bakterial floranın sayı çox
sürətlə-bir saatın içində artır, toksiki maddələr əmələ gəlir. Ən
qorxulusu da salmonellyoz (qida toksinləri) infeksiyasıdır,
stafilakokdur.

Süd məhsullarını qış
aylarında soyuducudan kənarda 3-4 saat saxlamaq olurdusa, yayda 1
saatdan artıq saxlamaq mümkün deyil. Onların tərkibindəki bakteriyalar
sürətlə inkişaf edərək, toksiki xarakter alır.

Xarab qidanı qəbul elədikdən 1-2 saat sonra mədəyə böyük miqdarda
mikrob daxil olduğu görünür: qızdırma, titrətmə, qusmalar olur. Vaxtında
düzgün yardım göstərilmədikdə isə bu mədə-bağırsaq pozuntusu, uşaqlarda
sinir sisteminin sıradan çıxması və hətta qıcolma ilə nəticələnə bilər.



Analara məsləhət

Ana olan xanımlara birinci məsləhətim o olardı ki, yemək hazırlayarkən keyfiyyətinə və onun temperaturuna diqqət etsinlər.

Sanitar gigiyenik qaydalara
fikir vermək lazımdır. Yemək hazırlamamışdan öncə əllər yuyulmalıdır,
əks halda dizenteriya xəstəliyinə yoluxma təhlükəsi var. Əldən çıxan
mikrob keçir yoğun bağırsağa, toplanaraq ishal əmələ gətirir və selikli
qişanın fəaliyyətini pozur.

Mədə-bağırsaq pozuntusu uşaqlarda, ən çox 3 yaşlı uşaqlarda olur.

Qida rasionuna fikir vermədən bir neçə çeşiddə olan yeməkləri
ard-arda yeyəndə də həm uşaq, həm də böyüyün səhhətində prolemlər
yaranır.

Havanın hərarəti nəzərə alınmalıdır.

Uşaqlar temperatura çox həssasdırlar. Tez istiyə düşür, soyuqda tez donurlar.

Yayda həddən artıq isti
olur, ana istiyə arxayın olur, soyuq qida, külək, qəfil hava axını nazik
geyinmiş, ya da qalın geyinib tərləmiş uşağı tutur.

İstidə uşaqlar bağçadan, məktəbdən gələndə və sadəcə küçədə
oynadıqdan sonra evə qacaraq dərhal soyuq su içməyə tələsir. Valideyn
müdaxiləsi olmazsa, hava-damcı yolu ilə daxil olan viruslar yeniyetmənin
orqanizmində xəstəliyin ilkin bünövrəsini qoyur.

Yayda uşaqları su vannasına
öyrətmək yaxşıdır. Bu immuniteti artırır, dəri təmizlənir, qan dövranı
yaxşılaşır. İmkan varsa, uşaq hər gün çimsin.

Uşaqları açıq havada, əlbəttə, kölgədə gəzdirmək lazımdır.

Südün turş məhsulları-qatıq, kəsmik, duzsuz, yağsız pendir, meyvə-tərəvəz xeyirlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!