Uşağı ilk dəfə çimdirəndə

Uşağı ilk dəfə çimdirəndə
Bir Ana - Bir Bala
10.09.2017 9
İlk dəfə baş verən bütün şeylər kimi çimmək də xüsusi mərasimdir. Odur
ki, kameranı hazır qoyun. Amma hazırlanmalı olan tək kamera deyil,
balanızı ilk dəfə çimdirdiyiniz üçün həyəcanlana bilərsiniz, hər şey əl
altında olmalıdır.

 

Əvvəl vanna otağını hazırlayaq.

Vanna
otağının temperaturu 22-24 dərəcə, suyun temperaturu 36 dərəcə
olmalıdır (termometr olmasa, suyu biləyinizin üstündən axıdıb, yoxlaya
bilərsiz).

Vannanı çox doldurmayın, suyun dərinliyi bir qarış olsa, kifayətdir.

Uşağı geyindirəcəyiniz yeri
müəyyən edin. Onu bir dəsmalla silib, ikincisi ilə büküb başqa otaqda
geyindirmək olar. Hamamda geyindirəcəksinizsə, kiçik stolun üstünə
qalın, yumşaq örtük, üstündən təmiz, ütülənmiş dəsmal salın.

Dağ olmuş günəbaxan yağı (apteklərdə satılır), ya uşaq kremi, şampun,
şampunu yaymaq üçün sürtgəc, uşaq sabunu (amma sabundan hər gün
istifadə etməyə ehtiyac yoxdur, uşağı həftədə bir dəfə, 6 aydan sonra
həftədə 2-3 dəfə sabunla yumaq olar), ütülənmiş təmiz paltarlar, uşaq
bezi, yumşaq dəsmal, daraq hazır olmalıdır.

Uşaq
vannasının (uşağı başqa şeylər üçün istifadə olunan vannada çimdirmək
olmaz) içinə körpəni yarıoturaq vəziyyətdə saxlayan xüsusi vasitə qoymaq
olar. Bu, uşağı çox rahat çimdirməyə imkan verir. İstənilən halda uşağı
tək çimdirmək təhlükəlidir. Mərasimdə anayla yanaşı atanın, ya da,
məsələn, nənənin iştirakı ailəni bir az da xoşbəxt edər.

Əvvəl uşağın bədənini, axırda başını yumaq lazımdır, axı baş tez
soyuyur. Çiməndə körpənin başını dik tutmağa çalışın. Suyu axıdanda
biriniz uşağı ya üzü, ya da arxası üstə tutun, suyu başından elə tökün
ki, gözünə, qulağına, ağzına düşməsin.

Çimmək mərasimi üçün 10 dəqiqə bəsdir.

 

Çiməndən sonra

Uşağı ehtiyatla qurulayın. Dəsmal nə qədər yumşaq olsa da, onu körpənin bədəninə sürtməyin, toxundurun.

Qurulayandan sonra balacanın dərisini yağlamaq lazımdır. Yağı, ya kremi ehtiyatla balanızın dərisinə, bütün büküşlərə çəkin.

Uşağı yağlamaq, ilk
günlərdə vacibdir. Uşağın dərisi normaldırsa, həkim məsləhət görməyibsə,
sonrakı günlərdə onu yağlamasanız da olar. Bunun üçün uşaq kremindən də
istifadə etmək mümkündür, ancaq bəzən kremlər allergiyaya səbəb olur.

Körpənin dırnaqlarını kəsmək üçün xırda, spirtlə silinmiş qayçıdan istifadə edin.

Uşağı vannada tək qoymayın! Telefon çağırırsa,
cavab verməsəniz yaxşıdır. Çox vacibdirsə, məsələn, sobanı
söndürməlisinizsə, uşağı büküb özünüzlə götürün!

Vananın suyunu, uşağı çarpayısına qoyandan sonra boşaldın.
Tıxacı çıxarandan sonra su sürətlə çəkilməyə başlayır, guruldayır. Bu,
körpəni qorxudar.

Uşağı çimdirəndən əvvəlki və sonrakı yarım saat ərzində yedirtmək olmaz. Bu onu narahat edər, ürəkbulanmasına səbəb olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!