İlk dişlər hansı ayda çıxmalıdır

İlk dişlər hansı ayda çıxmalıdır
Bir Ana - Bir Bala
10.09.2017 6
Adətən uşağın ilk dişi 7-ci ayda çıxır.

Amma ilk dişin 12-ci, ya da 3-cü ayda, hətta daha tez çıxması da normaldır (bu, irsi məsələdir).

Dişin çıxması prosesi isə ilk dişin görünməsindən çox əvvəl başlayır. İlk əlamət
seliyin çoxalmasıdır. Uşağın 10 həftəliyindən 3-4 aylığına qədər seliyi
axır. Bəzən bu selik axını körpənin ağzının ətrafında, boğazında
qızartı əmələ gətirir. Ya da yüngül öskürəyə səbəb olur. Narahatlığa
ehtiyac yoxdur, qripin, soyuqdəymənin, allergiyanın başqa əlaməti
yoxdursa, öskürək keçib-gedəcək.



Dişlərin çıxması ardıcıllığı

Şəkildəki
sıralama uşaqların çoxunda müşahidə olunan ardıcıllıqdır. Amma dişlərin
çıxması ardıcıllığı bütün uşaqlarda eyni olmur və çox fərqlidir. Adətən
ilk dəfə öndəki alt dişlər, sonra yuxarıdakı ön cütlük peyda olur. Daha
sonra yanlardakı dişlər çıxmağa başlayır.

Bəzi uşaqlarda dişlər cüt
çıxmaya bilər. Hətta, məsələn, ortadakı cütlükdən biri və bir yan diş
eyni vaxtda, cütün o biri tayı və yanındakı diş sonra çıxa bilər.

Körpənin ilk dişi gec çıxıbsa, sonrakı dişləri də xeyli vaxtdan sonra çıxa bilər.

1 yaşından 3 yaşına qədər uşağın 20 dişi çıxmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!