Uşaqların peyvənd təqvimi

Uşaqların peyvənd təqvimi
Bir Ana - Bir Bala
10.09.2017 30
Hər bir ölkə ərazisində yayılan infeksiyalara qarşı xüsusi peyvənd təqvimi tərtib edir və uşaqların həmin cədvələ uyğun peyvənd olunması vacibdir. Sizi Azərbaycanın milli peyvənd təqvimi ilə tanış edirik.





  Yaş Peyvəndlər Hansı Xəstəliklərə Qarşı Doğulandan sonra 12 saat ərzində HepB hepatit B 4-7-ci günlərdə BCG vərəm OPV poliomielit 2 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B OPV poliomielit 3 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B OPV poliomielit 4 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B OPV poliomielit 12 aylıqda QPM qızılca, parotit, məxmərək 18 aylıqda GDT göyöskürək, difteriya,tetanus OPV poliomielit 6 yaşda QPM qızılca, parotit, məxmərək DT difteriya, tetanus  

2013-cü il, aprelin 1-dən Azərbaycan peyvənd təqviminə pnevmokokk
infeksiyaya qarşı vaksin əlavə edilib. Uşaqlar bu vaksinlə bir yaşa
qədər 3 dəfə peyvənd olunmalıdır. Bu, pnevmokokkun törətdiyi pnevmoniya,
meningit və s. xəstəliklərdən qorunmanın ən effektiv yoludur.



DİQQƏT!

1. Poliomielitə qarşı vaksin pipetlə uşağın ağız boşluğuna damızdırılır, digər vaksinlər inyeksiya yolu ilə yeridilir.

2. Bir yaşa qədər uşaqlara bu inyeksiyalar bud əzələsinə vurulur.

3. Peyvənddən əvvəl həkimdən uşağı müayinə etməsini,
uşağın hərarətini ölçməsini tələb edin. Xəstə uşağı peyvəndləmək
təhlükəlidir!

4. Peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyalar haqda həkimdən məlumat alın.

5. Peyvənddən sonra reaksiya olduqda dərhal həkimə müraciət edin.

QEYD: Ekzotik ölkələrə səyahətdən əvvəl həmin
ölkələrin peyvənd cədvəli ilə tanış olun. Əlavə peyvənd sizi həmin
ölkələrdə yayılan xəstəliklərdən qoruyar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!