Uşağın süddən sonrakı qida rejimi əlavə qidalandırmanın 11 qaydası

Uşağın süddən sonrakı qida rejimi əlavə qidalandırmanın 11 qaydası
Bir Ana - Bir Bala
10.09.2017 29
Uşağa mümkün qədər çox–ən azı 6 ayına qədər ana südü vermək
məsləhət görülür ("süd dövrü” dedikdə ilk 6 ay nəzərdə tutulur). Ana
südünün unikal tərkibi uşağa 1 yaşından sonra da xeyirlidir. Amma
körpəni heç də həmişə tək ana südü ilə qidalandırmaq olmaz!

Balanız getdikcə böyüyür, çəkisi, eləcə də fəallığı artır, daha çox
enerji itirir və ana südü onun orqanizminin bütün tələblərini ödəyə
bilmir. 6 aydan sonra uşaqların əlavə qidaya ehtiyacı yaranır. (Bu
barədə mübahisələr davam edir, bəzi mütəxəssislərin fikrincə uşağa 4
ayından sonra əlavə qida verilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı 6 ay
ana südündən başqa nə isə verməməyi tövsiyyə edir.)

Uşaq böyüdükcə həzm sistemi inkişaf edir, tək ana südünü deyil,
başqa—daha bərk qida məhsullarını da həzm edə bilir. 7-ci aydan körpənin
ilk süd dişləri əmələ gəlməyə başlayır, dişlərin sayı yavaş-yavaş artır və o, çeynəməyi öyrənir.

 

Uşağın əlavə qida proqramı

Uşağa əlavə qida verməyə başlamısınızsa, xüsusi proqrama riayət
etməlisiniz. İstənilən yeni qidanı körpəyə yavaş-yavaş, ehtiyatla vermək
lazımdır. Qida rejimini yeniləməyin bir neçə qaydası var:

Əlavə qida uşağa ana südündən əvvəl verilməlidir. Çünki vərdiş elədiyi südü yeyən uşaq təzə məhsulu istəməz.

İstənilən yeni qidanı uşağa az–yarım çay qaşığından, meyvə şirəsini
bir damcıdan verməyə başlayın. Hər gün bir az artırmaqla 5-7 gündən
sonra tam bir porsiya verə bilərsiniz. Tam porsiya dedikdə püre və ya
sıyıq, ya da yoqurt üçün 100 q, şirə üçün 30 q, kəsmik üçün 30 q nəzərdə tutulur.

İkinci yeni qidanı uşaq əvvəlkinə öyrəşəndən, yəni əvvəlki qidadan ən azı 2 həftə sonra vermək olar.

Hər yeməkdən sonra uşağa ana südü verin. Bu, həm ana südünün
kəsilməsinin qarşısını alar, həm də balanızı sevindirər, onun yeni
yeməklərə öyrəşməsini asanlaşdırar, uşağı allergiyadan qoruyar. Həm
əlavə yemək, həm də ana südü ilə qidalanıb doyan uşaq özü bir müddətdən
sonra döşdən imtina edəcək.

Əlavə yeməyi uşağa butılkadan deyil, qaşıqla versəniz yaxşıdır.
Yeməyi qaşıqla uşağın dilinin ortasına qoyun, bu onun yeməyi asanlıqla
udmasına kömək edir. Butılkadan uzunmüddətli istifadə körpənin damağının
zədələnməsinə, dişlərində kariyesin əmələ gəlməsinə şərait yaradar.

Uşağı heç vaxt çarpayıda yedirtməyin. Uzanmış vəziyyətdə
yesə, istənilən adam boğula bilər. Uşaq mütləq şaquli vəziyyətdə olmalı,
mümkünsə uşaqlar üçün nəzərdə tutulmuş xüsusi stulda, olmasa,
qucağınızda oturmalıdır.

Əlavə qida həmişə təzə olmalıdır. Uşağa
dünəndən bişirilmiş ərzaq məhsulları vermək olmaz. Meyvə püresini
yedirtmək istədiyiniz vaxt hazırlayın.

Rahat həzm olunması üçün uşağın yeməyini əvvəl yaxşı-yaxşı əzin. Əti maşından bir neçə dəfə keçirin.

Yemək
nə isti, nə çox soyuq olmalıdır. Temperaturu yoxlamaq üçün yeməyin, ya
mayenin bir damcısını biləyinizin üst hissəsinə axıdın.

Uşağı güclə yedirtməyin.
Proses uşağı incidərsə, böyüyəndə də onu süfrəyə oturtmaq çətin olacaq.
Körpə yeməyi tüpürürsə, üzünü çevirirsə, cəhd etməyin mənası yoxdur.
Uşaq ya toxdur, ya yemək çox istidir, ya da dadı onun xoşuna gəlməyib.
Sakit olun, uşağa döş verin. Gələn dəfə yenə cəhd edin. Bütün uşaqlar
əvvəl-axır süddən kəsilir.

Yemək zamanı uşağa azadlıq verin. Arada
qaşığı onun əlinə verə bilərsiniz ki, qaşığa öyrəşsin. Bu, uşağın
sərbəstliyinin, özünə güvən hissinin yaranması üçün ilk addım ola bilər.

Unutmayın ki, hər bir uşaq özünəməxsusdur. Hər əlavə qidanı verəndə
uşağın səhhəti, çəkisi, iştahası, ailədə hər-hansı qidaya allergiyanın
olub-olmaması, "böyük bayıra” az, ya çox çıxması, nəcisinin duru
olub-olmaması, ailənin yaşadığı bölgə nəzərə alınmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!