Yarımçıq doğulmuş uşağın qida rejimi

Yarımçıq doğulmuş uşağın qida rejimi
Bir Ana - Bir Bala
10.09.2017 17
Bütün uşaqlar doğulandan sonrakı bir neçə gün ərzində arıqlayırlar.
Yarımçıq doğulmuş uşaqlarda arıqlama prosesi sürətli olur. Amma
sağlamdırsa, yaxşı qulluq olunursa, bu uşaqlarda artım da sürətlə gedər.
Yarımçıq doğulmuş uşağın çəkisi 3 həftəliyində bərpa olunur, 3
aylığında iki dəfə, 4-5 aylığında üç dəfə, yaşına qədər 6-7 dəfə artır.
Beləliklə yaşıdlarına yaxınlaşır!
Yarımçıq doğulmuş uşağın qidalandırılması onun çəkisindən,
vəziyyətindən asılıdır. Məsələn, uşaq əmə bilmirsə, südü onun mədəsinə
xüsusi boru—zond vasitəsilə çatdırırlar. Uşağın çəkisi 2000 q-ı keçərsə,
vəziyyəti yaxşılaşarsa, ona döş vermək mümkündür. Belə uşağa əvvəlcə
gündə bir dəfə, sonra 2-3 dəfə, sonrakı günlərdə normal qaydada ana
südü—döş verilir. Döşü tuta bilməsə (ümidinizi itirməyin, uşaqların çoxu
əvvəl döşü tuta bilmir), butılkadan istifadə edirlər.

Uşağın həzm sisteminin
hazır olmamasını, mədəsinin ölçüsünün kiçikliyini nəzərə alaraq onu
damcı-damcı yedirtmək lazımdır. İlk günlər bir dəfədə 3-5 ml, sonra
10-15 ml, günlər keçdikcə 15-20 ml, 25-30 ml süd verilir. Artıq
verilərsə uşaq qusa, süd tənəffüs yollarına düşə bilər. Sonrakı günlərdə
verilən südün miqdarı uşağın çəkisinə əsasən müəyyən olunur.

Zəif yeyən uşağa hər 1,5-2 saatdan bir döş vermək gərəkdir (gecələr
də eyni qaydada). Problem yoxdursa, uşaq qusmursa, nə qədər istəyir, döş
vermək olar. Ana südü ilə qidalanmırsa, yarımçıq doğulmuş uşağa hər 3
saatdan bir yemək verilməlidir (gecələr 6 saat fasilə verməklə).

 

Ana südü, ya süni qida?

Yarımçıq doğulan uşaq üçün ana südü
hər şeydən vacibdir. Məhz anasının südünün tərkibindəki zəruri maddələr
körpənin həyata qayıtması deməkdir. Döşvermə həm də sizi depressiyadan qurtarar,
aranızda ünsiyyət yaradar. Araşdırmalar göstərib ki, ünsiyyət yarımçıq
doğulmuş uşaqların həm psixoloji, həm də fiziki inkişafı üçün vacibdir.

Ananın südü yoxdursa, başqa anaya müraciət etmək olar.

Süd yoxdursa, ümidinizi
itirməyin. İndi hətta yarımçıq doğulmuş uşaqlar üçün qidalar istehsal
olunur. Həkimlə məsləhətləşib, etibar etdiyiniz şirkətin hazırladığı
məhsullardan istifadə edə bilərsiniz.

Ana südündən süni qidaya keçəndə ehtiyatlı olun. Süni qida əvvəlcə
gündəlik qidanın 1/8-ni, ikinci gün 1/4-ni, üçüncü gün 1/2-ni təşkil
etməlidir. Yarımçıq doğulmuş uşaq ana südündən süni qidaya tam olaraq
5-6 gün ərzində keçirilə bilər.

Əlavə qida yarımçıq doğulmuş uşaqlara daha tez verilir. Məsələn, meyvə püresini,
şirəsini normalda uşağa 6 aylığında vermək tövsiyyə olunursa, yarımçıq
doğulmuş uşağa 1,5 aylığında yedirtməyi məsləhət görürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!