Yarımçıq doğulmuş uşağın yuxu rejimi Xəstəliklər Gəzinti Vanna Massaj

Yarımçıq doğulmuş uşağın yuxu rejimi Xəstəliklər Gəzinti Vanna Massaj
Bir Ana - Bir Bala
10.09.2017 10
Yarımçıq doğulmuş uşaqlar adətən sakit olur, az hərəkət edir və günün
çox hissəsini yatır. Vaxtından çox əvvəl doğulanlar hətta tibbi baxış
zamanı gözlərini açmağa tənbəllik edirlər. Bu normaldır, axı vaxtından
əvvəl doğulmasaydı, o bətndə yatacaqdı. Aylar keçdikcə onun da yuxu cədvəli başqa çağalarınkı kimi olacaq.
Amma yatarkən diqqətli olun: yarımçıq doğulmuş uşaq zəif səslə
ağlayır, eşitməzsiniz. Yaxud uşaq yatdığı yerdə bir neçə saniyə, bəzən
20 saniyədən çox nəfəs almaya bilər. Bu, apnoenin (nəfəs hərəkətlərinin
dayanması) əlamətidir. Həkimə müraciət edin, beyində tənəffüs sisteminin
işinə yardım edən dərmanlar məsləhət görəcəklər. Müalicə olunduqda
apnoe bir ilə keçib gedir.

 

Xəstəliklər

Sinir sistemi tam formalaşmadığından, yaxud doğuş zamanı
zədə ehtimalı olduğundan yarımçıq uşaqların nevroloji müayinədən
keçməsi (həm də tez-tez) zəruridir. Yarımçıq uşaqlarda görmə problemi
ola bilər, ara-sıra göz həkiminə müraciət etmək lazımdır.

Soyuqdəymə ehtimalı
böyükdür. Bədənin temperaturunu hələ qoruya bilmədiyini unutmayın və
körpənin yatdığı otağa termometr qoyub nəzarətdə saxlayın: hərarət 25-27
dərəcə olmalıdır. Nəmişlik isti qədər vacibdir.

İmmun sistemi zəif olduğundan yarımçıq uşaqlar infeksiyalara həssas
olur. Onların paltarları, dəsmalları qaynadılmalı, ütülənməli, ana
gigiyenasına xüsusi diqqət etməlidir. Uşağın əşyaları ayrı yığılmalı, sabunu, dəsmalı, vannası ayrı olmalıdır.



Vanna

Suya girməyə hazır olan kimi yarımçıq doğulan uşağı çimdirmək
lazımdır. Su onlar üçün çox doğmadır (suyun temperaturu 36-37°
omalıdır). Çəkisi 1 kq-dan az olan uşaq 4 həftəsi tamam olandan sonra
çimdirilir. Hələ ki, onun bədənini yaş pambıqla silə bilərsiniz, pambığı
çobanyastığı dəmləməsində islatmaq olar.

Vanna otağı isti və nəm olmalı, uşaq soyunan kimi suya salınmalıdır.
Geyindirəcəyiniz şeyləri əvvəldən hazır qoyun. Çimdiyi gün uşağa daha
diqqətli olmalı, otağın temperaturunu artırmalısınız.

 

Hava vannası

Hava
vannası (paltarını dəyişdirəndə uşaqlar onsuz da belə vanna qəbul etmiş
olurlar) birinci ay 3-4 dəqiqədən artıq çəkməməlidir. Sonralar hava
vannasının müddətini 10-12 dəqiqəyə qədər uzatmaq olar.

Soyundurmuşkən uşağı qarnı üstə uzadın, əzələləri möhkəmlənər. Bunun
üçün körpənin çəkisi 2000 q-a çatmalı, ayı tamam olmalıdır. Onu üzü üstə
əvvəl cəmi bir neçə dəqiqə saxlayın. Sonralar müddəti uzadın; gündə 3-4
dəfə 10 dəqiqəliyə.



Massaj

Yarımçıq doğulmuş uşaqların sümükləri, qulaq seyvanı çox yumşaq və zərif olur. Onları ələ alanda da ehtiyatlı olmaq vacibdir.

Uşağın çəkisi 2000 q-a çatandan, bir ayı tamam olandan sonra qarnını
yüngül massaj etmək olar. Ümumi massaja uşağın çəkisi 3 kq-a çatanda
başlamaq mümkündür. Unutmayın ki, bu işi siz yox, peşəkar massajist
görməlidir. İlk günlərdə 3-5 dəqiqəlik seans kifayətdir. 3-4 ayından
sonra massaja gimnastika elementləri əlavə etmək olar. Zəif və yarımçıq
doğulmuş uşaqlar üçün xüsusi gimnastika hərəkətləri kompleksi var.
Fizioterapevtə müraciət etsəniz, sizə bu işdə yardımçı olar.

 

Gəzinti

Yarımçıq
doğulmuş uşaq 2-3 həftəliyində (çəkisi 2000 q-ı keçibsə!) təmiz havada
gəzintiyə çıxarıla bilər. Havanın hərarəti 10-12°С-dən artıqdırsa, uşağı
əvvəl 10 dəqiqəliyinə, gündə bir dəfə çıxarın. Getdikcə artıraraq gündə
2-3 dəfə, hər dəfə 30-40 dəqiqə gəzdirmək olar.

Temperatura həssas olduğunu nəzərə alaraq, uşağı havaya uyğun, amma özünüzlə müqayisədə qalın geyindirin.

Yarımçıq doğulmuş uşaqlara peyvənd və vitaminlər fərqli vaxtlarda
verilir. Həkimlə əlaqə saxlayın, peyvənd və vitaminləri vaxtında verməyi
unutmayın. Körpənin inkişafdan qaldığını güman edirsizsə, psixoloqla
məsləhətləşin. Görüş zamanı istər həkim, istər psixoloqa sual verməkdən
çəkinməyin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!