Yarımçıq doğulmuş uşağa qulluq

Yarımçıq doğulmuş uşağa qulluq
Bir Ana - Bir Bala
10.09.2017 47
Yarımçıq uşağın yaşamaq qabiliyyəti, inkişafı, bacarıqları dərəcəsindən
asılıdır. Çəkidən və vaxtdan asılı olaraq, 4 cür yarımçıq doğulmuş
uşaqlar var:
1-ci dərəcə: 35-37-ci həftələr arasında doğulmuş, 2000-2500 q-lıq

2-ci dərəcə: 32-34-cü həftələr arasında doğulmuş, 1500-2000 q-lıq

3-cü dərəcə: 29-31-ci həftələr arasında doğulmuş, 1000-1500 q-lıq

4-cü dərəcə: 29-cu həftəyə çatmamış doğulmuş, 1000 q və ya daha az çəkili uşaqlardır

 

Bəzən vaxtında doğulmuş uşaqların da (əkizlər çox vaxt belə olur)
çəkisi 2500 q-dan az olur və bu uşaqlara da yarımçıq doğulmuş uşaq kimi
qulluq tələb olunur.

Dünya Səhiyyə Təşkilatının normalarına görə çəkisi 500 q-dan az
olmayan, ürək döyüntüsü eşidilən döl salamat doğulmuş hesab olunur.
Ancaq belə uşağı yalnız ən müasir texnologiya və dərmanların köməyi ilə,
bütün gün xüsusi qayğı göstərməklə saxlamaq olar.

Vaxtından əvvəl doğulan uşaqların bir və ya bir neçə problemi ola
bilər. Həzm, sinir, tənəffüs sistemi tam formalaşmır, qidaya, ətrafa
həssas uşağın orqanizmdində xəstəliklərə şərait yaranır. Dərinin
altındakı piy qatı tamamlanmadığından bədən temperaturunu qoruya bilmir.
Ona görə də belə uşaqların həm müalicəyə, həm də xüsusi qayğı və
diqqətə ehtiyacı var.

Amma bu sizin uşaqla
münasibətinizə aid deyil. Araşdırmalar göstərir ki, yarımçıq doğulmuş
uşağın şəxsiyyət kimi zəif inkişafının səbəbi, yarımçıq doğulması deyil,
uşağa "yarımçıq doğulmuş” kimi yanaşmadır. Unutmayın ki, bütün
uşaqların inkişaf sürəti fərqlidir və zaman keçdikcə hər bir uşaq
maneələrin öhdəsindən gəlməyi bacarır, bəzən əvvəl geri qaldığı
yaşıdlarından daha sürətlə irəliləməyə başlayır. Həmçinin istənilən uşaq
kimi, yarımçıq uşaqlardan da bacardıqlarından çox şey tələb etmək
olmaz.

 

Yarımçıq uşaq xəstəxanada nə qədər qalmalıdır?

Yarımçıq
doğulmuş uşaqların orqanizmi bədənin temperaturunu qoruya bilmədiyi
üçün (bəzən tez qızır, ya tez soyuyur) onları xüsusi otaqlarda,
özünəməxsus mikroqilimi olan inkubatorda qoruyurlar. Çəkisindən asılı
olaraq, uşaqlar belə apparatlarda 3 gündən bir neçə həftəyə, hətta bir
neçə aya qədər saxlanır.

Adətən yarımçıq doğulmuş uşaqları, çəkisi 2000 q-a çatanda, uşağın
orqanizmi bədən temperaturunu qorumağı bacaranda, fəal şəkildə
qidalananda, analiz göstəriciləri normal olanda xəstəxanadan çıxarırlar.

Evə çıxmağa ana da hazır olmalıdır. Yarımçıq körpəyə qulluq haqda
məlumatlanmaq üçün "Yarımçıq doğulmuş uşağın qida rejimi”, "Yarımçıq
doğulmuş uşağın yuxu rejimi Xəstəliklər Gəzinti Vanna Massaj” başlıqlı
yazılara baxa bilərsiniz.

Yarımçıq doğmuş anaya da qayğı gərəkdir.

Hamiləlikdən sonra onsuz da qadınların çoxuna çətin olur. "Yarımçıq”
sözü vəziyyəti bir az da gərginləşdirməməlidir. Günahkar axtarmağa
ehtiyac yoxdur.

Ətrafınızdakılardan
anlayış və qayğı görmürsünüzsə, əhəmiyyət verməyin. Özünüzə sual verin:
Narahatlığımın əsası varmı? Məlumatlısınızsa, uşağın çəkisinin gec-tez
bərpa olunacağını, dərisinin qırmızısının keçəcəyini (vaxtında doğulmuş
uşaqlarla müqayisədə 1-2 həftə gec) bilirsiniz. Körpənizə öz gözünüzlə
baxın və onun xoşbəxt gələcəyini, baxçaya, məktəbə gedəcəyi günü
təsəvvür edib sakitləşin.

İnkubatorda olsa belə, balanızın ana qucağına ehtiyacı olduğunu
unutmayın. Götürməyə icazə vermirlərsə, onun barmaqlarını əlinizə alıb
ünsiyyət yarada bilərsiniz. Əl-ayaqlarını sığallayın, mahnı oxuyun.
Mümkün olan kimi döş verin və tutmasa (əvvəl çox uşaq döşü tuta bilmir)
ümidinizi itirməyin, yenidən cəhd edin. Onun xilası olan ana südü həm də sizi depressiyadan qurtarar,
aranızda ünsiyyət yaranar. Araşdırmalar göstərib ki, ünsiyyət yarımçıq
doğulmuş uşaqların həm psixoloji, həm də fiziki inkişafı üçün vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!