Uşaq bezlərinin nə ziyanı var?

Uşaq bezlərinin nə ziyanı var?
Bir Ana - Bir Bala
10.09.2017 30
İlk bezlər heç də indikilər kimi keyfiyyətli olmadı, onların uğursuz
tərkibi (içinə taxta kəpəyi doldurulurdu) yalnız paltarı təmiz
saxlayırdı. Uşağın dərisini nəmişlikdən nəinki qorumur, əksinə, həddən
artıq nəmişliyə səbəb olurdu. İllər keçdikcə bez istehsalçıları məqsədə
nail oldular. İndi bezlər daha nazik və daha "havalı” materiallardan
hazırlanır, xüsusi maddələr ifrazatı çəkir, uşağın dərisinə dəyən hissə
quru qalır. Körpənin dərisi nəmişlikdən, nəmişlik nəticəsində yaranan
müxtəlif xəstəliklərdən qorunur.
Bezlərin çəkisi günü-gündən
azalır–bir bez orta hesabla 50 q-dır. Uşaqlara, eləcə də analara bəxş
etdiyi rahatlıq isə müqayisəolunmazdır.

Amma bütün bu deyilənlər və yazılanlar bez barədə narahatlığa nöqtə qoymayıb. Bu sual çox anaları maraqlandırır:

 

Bezlər ziyanlıdırmı?

Əlbəttə, əgər siz uşağı dolu bezdə saatlarla saxlayırsınızsa, ona
ziyan edirsiniz. Axı bezlər yalnız mayeni içinə çəkir, nəcisin qatı
hissəsi uşağın dərisi ilə bezin arasında qalıb, onu narahat edə bilər.
Həm də bezlər bir neçə saat üçün nəzərdə tutulub.

Uşaq
bir neçə dəfə işəyəndən sonra bez şişib, onu sıxmağa başlayar. Odur ki,
istənilən bezi 3, uzağı 5 saatdan bir dəyişmək lazımdır (amma bez
nəmdirsə dəyişdirilməlidir, quru bezi dəyişməyə ehtiyac yoxdur).

Bezləri bərk bağlayanda uşağa ziyan edə bilərsiniz. Körpənin qarnının
bərk sıxılması qazların çıxmasına əngəl olar. Bezi bağlayanda yoxlayın,
barmağınız bezlə uşağın dərisi arasına asanlıqla yerləşməlidir.

Aparılan araşdırmalar göstərib ki, bezlərin mikroiqlimi uşağın dərisi
üçün faydalıdır və ilk bezlər kimi parnik effekti yaratmır. Ancaq elə
bezlər var ki, uşaqda allergiyaya səbəb olur. Bu, bezlərin hazırlanması
zamanı istifadə olunan maddələrdən və uşağın dərisinin bu maddələrə
reaksiyasından asılıdır.

Körpənin dərisində səpki,
qızartı görsəniz, dərhal həkimə müraciət edin. Səbəb istifadə etdiyiniz
bezdirsə, başqa şirkətin məhsulunu alın. (Bəzi uşaqların dərisi
ümumiyyətlə heç bir bezi götürmür.)

Bundan başqa, uşağı, xüsusilə də oğlan uşağını bütün gün bezdə
saxlamaq olmaz. Paltarını dəyişərkən, körpəni azacıq çılpaq qoymaq
lazımdır. (Evinizin temperaturu normaldırsa, körpəni gündə bir neçə
dəqiqə tam çılpaq saxlamalısınız. Buna "hava vannası” deyilir.)

Bəzi mütəxəssislər bezlərin oğlan uşağı üçün tam təhlükəsiz olduğuna
əmindirlər. Bu fikri onunla əsaslandırırlar ki, 2 yaşına qədər uşaqların
cinsiyyət orqanında elə bir inkişaf getmir və bu dövrdə bezlər cinsiyyət orqanına təsir edə bilməz.

Hər şeyə rəğmən uşaq bezlərdən nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Körpənin 6 aylığından
onu tualetə aparmağa, daha çox bezsiz saxlamağa çalışın. Bezlərdən
qurtara bilmirsinizsə, cəhdləriniz nəticə vermirsə, məyus olmayın, bu
proses bir neçə ay çəkə bilər. Qarşısınıza məqsəd qoysanız, istədiyinizə
çata biləcəksiniz.



Bezlər ətraf mühitə zərər vurur

Təbiəti sevən valideynlərin nəzərinə bir faktı çatdıraq ki, bezlər
ətraf mühiti ən çox çirkləndirən məhsullardandır. Hər bir bezin çürüməsi
üçün 500 ildən çox vaxt lazımdır. Bir uşaq ümumilikdə orta hesabla 4 000 bez işlədir.

Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün 2000-ci illərin
əvvəllərindən bez istehsalçıları bioloji, eyni zamanda bir neçə dəfə
istifadə oluna bilən bezlər buraxmağa başlayıblar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!