Yayda uşağa hansı meyvələri yedirdək?

Yayda uşağa hansı meyvələri yedirdək?
Bir Ana - Bir Bala
10.09.2017 12
Nədənsə insanlarda belə bir fikir var, "qarpız ən tez zəhərlənmə
vasitəsidir”. Əslində problem oradan qaynaqlanır ki, bu məhsul satışa
hələ tam yetişməmiş çıxarılır, axı qarpız qızmar günəş altında 3 həftə
yetişməlidir. Bu zaman həmin meyvə cana faydalı olur, zəhərlənmə
prosesinə də səbəb olmur.
Qarpızın tərkibində
olan saxaroza, fruktoza insan bədəninə tez yayılaraq şəkər xəstəliyi,
qırmızı qan xəstəlikləri, qaraciyər problemi, öddə olan xəstəlikləri
mualicə edir. Buna avgustun 2-ci yarsında yığılan qarpızı soyuducuya
qoymamaq şərti ilə yeməklə nail ola bilərsiniz. Qarpızı kəsdikdən dərhal
sonra yemək lazımdır, 2-3 saat qaldısa, yeməmək daha yaxşı olar.

Bəzən qarpızı soyuducuda saxlamaqla onun köhnəlməsinin qarşısını
aldıqlarını düşünürlər. Əksinə, otaq temperaturunda qalanda onun
tərkibində olan kimyəvi elementlər artır.

Əslində qarpızda zəhərlənmə əmələ gətirən heç bir ünsür yoxdur. Ancaq
əgər siz, eləcə də uşaq onu yağlı, duzlu, kalorili, ət məhsulları ilə
birgə gəbul etmisinizsə, mütləq ürəkbulanma, qusma, baş ağrısı, ən pis
halda zəhərlənmə olur.”



Yayda hansı meyvələr zərərli ola bilər?

Həkim Nərgiz Alışova bildirir ki, uşaqlara mövsümdə yetişən bütün meyvələr xeyirlidir:

"Son zamanlar bəzi
adamlarda fikir formalaşıb, çox meyvə yemək insanda şəkər xəstəliyi
yaradır. Təbii ki, bu belə deyil. Təbabətə əsaslanaraq deyirəm ki,
mövsümdə yetişən bütün meyvələr min-bir dərdin dərmanıdır və onların
təkibində cana faydalı minerallar var. İllər öncə tibb mütəxəssisləri
xəstəliyin sağalmasında meyvələrdən (əncir, üzüm, qarpız) istifadə
edirdilər.

Yalnız allergiyası olan uşaqlar hər meyvəni yeyə bilməzlər. Belə
uşağa yaşıl alma, albalı vermək olar. Bu meyvələrin allergiyalı uşağa
təsiri yoxdur.”

 

Uşaqlara meyvəni yaşa görə fərqli şəkildə vermək lazımdır.



Həkim süni qidalanan körpələrə 2 aylığından meyvə şirəsi verməyi
məsləhət görür. Amma fəsilləri nəzərə almaq vacibdir. Yay olarsa albalı
şirəsi, yayın ikinci yarısı armud, qalan mövsümlərdə alma şirəsindən
başlamaq olar. (Alma qıcqırmanı artırdığı üçün çağaya yayda alma vermək
məsləhət deyil).

Bütün meyvə şirələri uşağa
əvvəl cəmi 1 damcı, 2-3 gündən bir 1 damla artırmaqla verilməlidir.
Artıq olmaz, çünki körpənin bədəni əlavə qidaya həssasdır.

Allergiyası olmayan çağaya həftədə 1-2 dəfə limon şirəsi vermək
olar. Bir damla, bir neçə gündən sonra 2 damla limon şirəsini çaya əlavə
etməklə uşağı C vitamini ilə təmin etmiş olarsız.

4 aydan sonra uşağa meyvənin-almanın, armudun püresini vermək olar.

2 yaşlı uşaq meyvəni özü
dişləyib yeyə bilər, çünki çənə əzələsi bərkimiş olur və belə yemək
uşaqların dişlərinin formalaşmasına müsbət təsir edər.

Müsahibəyə görə pediatr-infeksionist Nərgiz Alışovaya təşəkkürümüzü bildiririk.

Bakıda Loğman klinikasında çalışan N. Alışova naməlum mənşəli
qızdırmalı, iştəhasız, mədə-bağırsaq pozuntuları, çəki azlığı olan,
tez-tez xəstələnən uşaqları uğurla müalicə edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!