Utancaqlıq səbəbləri

Utancaqlıq səbəbləri
Bir Ana - Bir Bala
10.09.2017 10
Niyə uşaqlarda belə hallar baş verir?  Əksər hallarda bu problem fiziki qüsurları olan uşaqlarda baş verə bilər;  onlar özlərinə əmin ola bilmir və ətrafdakıların rişxənd etməsindən qorxurlar. Bəzi uşaqlara bircə dəfə yaşıdları tərəfindən istehza və ya «sən niyə beləsən?» sualı kifayətdir ki, uzun müddətə özünə qapansın. Bəzən uşaqların səhhətlərində elə problemlər olur ki, bunlar  fiziki cəhətdən təzahür etməsə də, xeyli narahatlıq yaradır. Belə hallarda uşaqlar ətrafdakılarla az əlaqə saxlamağa çalışırlar ki, heç kim bunu hiss etməsin.

Bu problem hər hansı bir psixoloji sarsıntı ilə bağlı ola bilər: yaxın adamının vəfatı və ya ev heyvanının ölməsi, ailədə fasiləsiz qalmaqal, başqa bir şəhərə köçmək və s.  Belə vəziyyətlərdə problemin səbəbini tapmaq lazımdır ki, uşağınıza düzgün kömək edə biləsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!